Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu şəxslərin kazino oyunlarında iştirakına icazə verilməyəcək

Bu şəxslərin kazino oyunlarında iştirakına icazə verilməyəcək

Bu şəxslərin kazino oyunlarında iştirakına icazə verilməyəcək
2025-06-18 , 19:49

21 yaşınadək şəxslərin kazino oyunlarında birbaşa və ya dolayı iştirakına yol verilməyəcək.

Tribunainfo.az xəbər verir ki, bu, “Xəzər dənizinin (gölünün) Azərbaycan Respublikasına mənsub olan bölməsində süni torpaq sahələrinin yaradılması haqqında” qanuna əlavə edilən yeni fəsildə əksini tapıb.
Layihəyə əsasən, kazino oyunlarının təşkilatçısı və operatoru “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Hədəfli maliyyə sanksiyaları haqqında” Azərbaycan Respublikası qanunlarının, bu Qanunun 8-2.5-ci maddəsi ilə müəyyən edilmiş kazino oyunlarının təşkili və keçirilməsi qaydasının tələblərinə və “Lisenziyalar və icazələr haqqında” Azərbaycan Respublikası Qanununun 19.8-1-ci maddəsinə uyğun bağlanılan lisenziya müqaviləsinin şərtlərinə əməl etməlidirlər.
Bu tələblərin və şərtlərin pozulması kazino oyunlarını təşkil etmək hüququ verən lisenziyanın davandırılması və va ləğvi üçün əsasdır.
Bu fəslin müddəaları süni torpaq sahələrində “Lotereyalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada lotereyaların və “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş qaydada idman mərc oyunlarının keçirilməsini istisna etmir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.