Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Evlənmək istəyənlər üçün yeni TƏLƏB: Əlavə sənədlər lazımdır

Evlənmək istəyənlər üçün yeni TƏLƏB: Əlavə sənədlər lazımdır

Evlənmək istəyənlər üçün yeni TƏLƏB: Əlavə sənədlər lazımdır
2025-07-31 , 18:57

Azərbaycanda nikahın qeydə alınması alınması üçün yeni sənədlər tələb olunur.

Qanunla müəyyən olunmuş qaydada qohum evliliklərinin qarşısını almaq üçün nikaha daxil olmaq istəyən vətəndaşların özlərinin və valideynlərindən doğum haqqında şəhadətnamələr istənilir.
Bəzi şəxslərin elektron sistemdə doğum haqqında şəhadətnamələrinin görünməməsi isə əlavə çətinliklər yaradır.
Milli.Az-a müraciət edən vətəndaş bildirir ki, atasının doğum haqqında şəhadətnaməsi itib indi onu tapa bilmirlər və buna görə də nikah yubanır.
Digər tərəfdən isə bəzi vətəndaşların ata və ya anasından ayrı olması və digər amilləri nəzərə alsaq yeni tələb vətəndaşlar üçün bir sıra çətinliklər yaradır.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.