Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » SOCAR “Azneft” İB rəhbərliyinin nəzərinə: İşçi bloklarını bit basıb – Foto

SOCAR “Azneft” İB rəhbərliyinin nəzərinə: İşçi bloklarını bit basıb – Foto

SOCAR “Azneft” İB rəhbərliyinin nəzərinə: İşçi bloklarını bit basıb – Foto
2025-08-01 , 13:26

Neft Daşları NQÇİ və KQİT işçilərinin yaşadıqları yaşayış blokunu bit-birə basıb.

Tribunainfo.az xəbər verir ki, bu barədə Neftçilərin Hüquqlarını Müdafiə Təşkilatı İctimai Birliyinin sədri Mirvari Qəhrəmanlı yazıb. Bu barədə hüquq müdafiəçisinə işçilər məlumat verib:
“SOCAR” Azneft” İB sahə üzrə məsul şəxslərin diqqətinə
Neft Daşları NQÇİ və KQİT işçilərinin yaşadıqları yaşayış blokundan şikayəti çatdırıram.
Verilən məlumata görə, DSÖ-1646-Dəniz stasionar özüldə yaşayış blokları bit-birəynən (taxta biti) ilə doludur. İşçilər bildirir ki, qaşınmadan əziyyət çəkirlər, dəhşətli vəziyyətdir.
İşçilər bildirir ki, döşəklər hamısı bit içindədir. Bu istidə işçilər uzun müddət qeyri-insani şəraitdə yaşayır, qaşınırlar. İşçi bildirib ki, onları adam yerinə sayılmırlar – “Bədənimiz diştək içindədi bu istidə, niyə belə antisanitar şəraitdə işləməliyik?”.
Qarşı tərəfi dinləməyə hazırlıq.
Gülşən Rəsul

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.