Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Diplomsuz həkimlər, saxta müalicə – Stomatoloq fırıldağı ifşa olundu -VİDEO

Diplomsuz həkimlər, saxta müalicə – Stomatoloq fırıldağı ifşa olundu -VİDEO

Diplomsuz həkimlər, saxta müalicə – Stomatoloq fırıldağı ifşa olundu -VİDEO
2025-08-13 , 16:16

"L.A. Dent" klinikasında çalışan Turab Məmmədli adlı diş həkiminin tibb sahəsi üzrə heç bir təhsilinin olmadığı iddia edilir.


Baku TV adıçəkilən şəxsin qəbuluna yazılaraq məsələni aydınlaşdırmağa çalışıb. Məlum olub ki, o, fəaliyyətini açıq şəkildə icra edir.

Daha sonra klinikanın baş həkimi Kəmalə Əsgərova məsələ ilə bağlı açıqlama verərək bildirib ki, Turab Məmmədli klinikada təcrübəçi kimi fəaliyyət göstərir:

"Onun otaqda pasiyent qəbul etməsi haqqında məlumatımız yox idi. Bu barədə müvafiq tədbir görüləcək".

Daha bir şikayətdə isə bildirilib ki, "Qaragözova" Tibb Mərkəzində Hafiz İsazadə adlı həkim çalışır. İddiaya görə, həmin həkimin də tibb təhsili yoxdur. H.İsazadə açıqlamasında iddiaları təkzib edərək diplomunun olduğunu qeyd edib. Klinikanın rəhbərliyindən stomatoloqun diplomu tələb olunduqda isə o, ancaq sorğu göndərildiyi təqdirdə diplomu təqdim edəcəyini bildirib.

Ətraflı süjetdə:

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.