“Kristal” təzminat tələb edir: Sosial şəbəkədə yayılan videoya görə məhkəməyə müraciət edildi
Yenilik.az Qafqazinfo.az-a istinadən xəbər veririk, “Kristal” sosial şəbəkədə Park Yasamal yaşayış kompleksi haqqında yayılan video ilə bağlı məhkəmə qaydasında müdafiəyə müraciət edib. Şirkət hesab edir ki, Park Yasamal yaşayış kompleksi barədə yayılan görüntülər tikinti işləri aparılan zaman çəkilmiş, hazırkı vəziyyəti əks etdirmir və “Kristal” ın işgüzar nüfuzuna zərbə vurub.
Yayılmış məlumatla əlaqədar “Kristal” şirkətinə müraciət etdik və şirkətin rəsmisi sorğumuza cavab verdi:
“Sosial şəbəkədə Park Yasamal yaşayış kompleksinin sakini Hüseynvənd Fərid Nadir oğlu tərəfindən paylaşılan video barəsində onu deyə bilərik ki, video qərəzli şəkildə paylaşılıb, yalan və böhtan xarakteri daşıyır. Videodan göstərilən kadrlar tikinti və təmir işləri davam edən zaman çəkilmişdir və hazırkı reallığı əks etdirmir.
Qərəzli yanaşmanın səbəbi ondan ibarətdir ki, hazırda Park Yasamal yaşayış kompleksində sakinlər üçün avtodayanacaqdan istifadə ilə bağlı ümumi qaydalar müəyyən edilmişdir. Belə ki, avtodayanacaqdan istifadə üçün sakinlərə giriş kartları verilir və sakinlər boş olan istənilən yerdə maşın saxlama hüququna malik olur. Yalnız dayanacağa mülkiyyət hüququ olan sakinlər öz avtomobillərini ona aid yerdə saxlayır. Adı çəkilən sakin isə dayancağa mülkiyyət hüququ olmadan bizdən bir neçə dəfə yeraltı dayanacaqda xüsusi yer tələb edib. Kompleksdə yaşayan sakinlərin bərabərlik hüququnun qorunması məqsədi ilə ona xüsusi yer ayrılmasından imtina edilmişdir. Bu səbəbdən bu formada böhtan xarakterli video paylaşmışdı.
Videoda qeyd olunan böyük həcmli yük maşınları və ərazi yaxınlığındakı beton zavod ilə bağlı olan deyilənlərin isə Kristalla heç bir əlaqəsi yoxdur, bizim şirkətə və layihəyə aid deyil. Burada və ətraf ərazidə yaşayan sakinlərin istirahəti üçün tərəfimizdən göl ətrafı ərazidə bulvar inşa ediləcək. Bu məqsədlə gölün suyu və ətrafının mütəmadi olaraq təmizlənməsi tərəfimizdən təmin edilir. Başqa bir şirkətə aid bu beton zavodun faəliyyəti bu istiqamətdə aparılan işlərin irəliləməsinə maneə olduğuna görə həmin beton zavodun ərazidən çıxarılması üçün tərəfimizdən müvafiq qurumlara müraciət edilmişdir.
Bundan başqa, biz şirkət olaraq kənar səslərin bəzən qaçınılmaz olduğunu nəzərə alaraq bütün mənzilləri yüksək səviyyədə yenilənmiş izoliyasiya sistemi ilə təmin edirik. Pəncərə və şüşələrdə Avropa brendləri olan aliminium materiallardan istifadə edilir ki, həmin materialların kənar səsləri və şüaları dəf etmə xüsusiyyəti var.
Kristal olaraq, sakinlərimizin təhlükəsizliyi üçün lazımi tədbirlər həyata keçiririk. Belə ki, yaşayış kompleksi bütünlüklə müşahidə kamera sistemi ilə təmin edilmişdir və xüsusi mühafizə heyəti tərəfindən 24/7 izlənilir və təhlükəsizlik təmin edilir. Binalara kənar şəxslərin girişinin qarşısının alınması məqsədilə bütün blokların girişində yeni nəsil üz tanıma sistemi ilə işləyən dofomonlar quraşdırılmışdır.
Sözü gedən şəxsin isə böhtan xarakterli paylaşımına görə şirkətimizin işgüzar nüfuzuna dəymiş zərərin ödənilməsi məqsədilə təzminat tələbi ilə aidiyyəti məhkəməyə müraciət edilmişdir və bu məsələ hüquqi müstəvidə öz həllini tapacaq”.
Məhkəməyə təqdim edilən iddiada göstərilir ki, yayılan videonun mənfi təsirləri nəticəsində şirkətə həm maddi, həm də mənəvi ziyan dəyib.
Şirkət nümayəndələri bildirirlər ki, bu səbəbdən ümumi təzminat müəyyən edilib və məhkəmədən cavabdeh şəxsə qarşı iddianın təmin olunması tələb olunub.
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Media nümayəndələri təltif edildi - Siyahı
“TikTok”da təhqir olunan şəxs hara müraciət etsin?
“Məni həbs edin, canım qurtarsın…” – Şərurlu İsfəndiyar
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14