Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bakıda məşhur şirkətdən daha bir gecə qalmaqalı - VİDEO

Bakıda məşhur şirkətdən daha bir gecə qalmaqalı - VİDEO

Bakıda məşhur şirkətdən daha bir gecə qalmaqalı - VİDEO
2025-09-25 , 10:58

Gecə saatları olmasına baxmayaraq “Avant Group” MTK Bakıda qazıntı işləri aparaq sakinlərin rahatlığını pozur.

Yenilik.az “Qafqazinfo”ya istinadla xəbər verir ki, bununla bağlı görüntüləri teleaparıcı Nigar Sabirqızı Feysbuk hesabında paylaşıb.

O, məsələ ilə bağlı aidiyyəti dövlət qurumlarına müraciət edib.

Qeyd edək ki, “Avant Group” bir müddət əvvəl Yasamal rayonu, Şərifzadə küçəsi, köhnə “Azon Zavod”un ərazisində ağacları kəsməsi ilə gündəmə gəlmişdi. Araşdırma nəticəsində şirkətin təbiətə 117060 manat məbləğində ziyan vurduğu müəyyən edilmişdi.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən daxil olmuş məlumatlar əsasında Baş Prokurorluğun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırma nəticəsində fakt təsdiqini tapmışdı.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.