Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İdxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb

İdxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb

İdxal olunan sarıkök məhsulunda uyğunsuzluq aşkarlanıb
2025-10-03 , 17:10

İrandan Azərbaycana idxal edilən sarıkök məhsulunda bakteriya aşkarlandı.

 
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
 
Bildirilib ki, nəzarət tədbirləri çərçivəsində AQTA-nın əməkdaşları tərəfindən fiziki şəxs Cümşüd Vəliyevin İran İslam Respublikasından idxal etdiyi, ümumi çəkisi 2 ton olan "Saibaba Agrilink Private Limited" əmtəə nişanlı üyüdülməmiş sarıkök məhsulu partiyasından nümunələr götürülüb.
 
Müayinələr nəticəsində məhsul partiyasında bakteriya (Bacillus cereus) aşkarlanıb.
 
Faktla bağlı qəbul edilmiş müvafiq qərar əsasında məhsul partiyası məhv edilib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.