Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universitetində Belarus Dövlət İqtisadiyyat Universitetinin professoru dərslərə start verib.

Qərbi Kaspi Universitetində Belarus Dövlət İqtisadiyyat Universitetinin professoru dərslərə start verib.

Qərbi Kaspi Universitetində Belarus Dövlət İqtisadiyyat Universitetinin professoru dərslərə start verib.
2025-10-03 , 14:54

Qərbi Kaspi Universitetində xarici mütəxəssisin iştirakı ilə mikroiqtisadiyyat proqramı üzrə xüsusi kurs təşkil olunub. Bu çərçivədə Belarus Dövlət İqtisadiyyat  Universitetinin professoru İhar Jabenokun iştirakı ilə mikroiqtisadiyyat proqramı üzrə modul dərsləri keçirilir. Tədris prosesi müasir yanaşmalara əsaslanır və tələbələrin nəzəri biliklərinin praktiki biliklərlə uzlaşdırılmasına xüsusi diqqət yetirilir.

Xarici mütəxəssislərin tədrisə cəlb olunması Qərbi Kaspi Universitetində beynəlxalq təhsil mühitinin inkişafına, tələbələrin dünyagörüşünün genişlənməsinə və iqtisadiyyat sahəsində qlobal biliklərə çıxış imkanlarının artırılmasına xidmət edir.
Professor Jabenok tələbələrlə interaktiv ünsiyyət quraraq, mikroiqtisadiyyatın aktual problemlərini, dünya təcrübəsində tətbiq olunan modelləri və iqtisadi siyasətin əsas istiqamətlərini müzakirə edir.
Bu təşəbbüs universitetin beynəlxalq əməkdaşlıq imkanlarının daha da genişləndirilməsinə və tələbələrin peşəkar hazırlığının gücləndirilməsinə mühüm töhfə verir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.