Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Azercell” qiymətləri artırdı

“Azercell” qiymətləri artırdı

“Azercell” qiymətləri artırdı
2025-10-17 , 16:33

“Azercell” bir sıra tariflər üzrə qiymətləri artırır.

Yenilik.az xəbər verir ki,  bununla bağlı müvafiq qərar qəbul olunub.
Qərara əsasən, noyabrın 16-dan etibarən tərbiq ediləcək artım “Azercellim”, “Bölgə”, “GəncSim”, “Hər Yerə” və “Bizimkilər” tariflərini əhatə edəcək.
Belə ki, yeni qərarla indiyədək qeyd olunan “Hər Yerə” tarif paketi üzrə qiymət 3 manatdan, digər tarif paketləri üzrə qiymətlər isə 2 manatdan 3,89 manata çatdırılıb.
Yenilənmiş şərtlərə əsasən, tarif paketlərində mövcud olan 25 şəbəkədaxili danışıq dəqiqəsi 40 dəqiqə bütün istiqamətlərə (ölkədaxili) danışıq imkanı ilə əvəzlənib.
Bununla yanaşı, mobil internet paketinin həcmi mövcud 250 MB-dan 450 MB-a qədər artırılıb. (İqtisadiyyat.az)

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.