Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Ramiz Mehdiyevin yaxın adamı Elmira Axundova ittihamlara belə CAVAB VERDİ

Ramiz Mehdiyevin yaxın adamı Elmira Axundova ittihamlara belə CAVAB VERDİ

Ramiz Mehdiyevin yaxın adamı Elmira Axundova ittihamlara belə CAVAB VERDİ
2025-10-21 , 16:43

Mediada yer alan məlumatlara görə, Xalq yazıçısı, keçmiş səfir Elmira Axundova da Ramiz Mehdiyevin ən yaxın adamlarından biri olub. Məhz Ramiz Mehdiyevin dəstəyi ilə Elmira Axundova Azərbaycanın Ukraynaya səfiri təyin edilmişdi. 


Qeyd edilir ki, onun Ukrayna səfir təyin edilməsindən sonra Ramiz Mehdiyevin Ukraynadakı biznesi “çiməklənməyə” başlayıb.

Məsələ ilə bağlı Elmira Axundova Demokrat.az-a açıqlamasında bu cür ittihamların əsassız olduğunu bildirib:

“Adım əsassız yerə Ramiz Mehdiyevlə yanaşı çəkilir, bu, tam qərəzli və uydurmadır. Özü də gülməli, ciddi və özünə hörmət edən jurnalistlərə yaraşmayan uydurmadır. Belə uydurmalara ancaq və ancaq gülmək olar. Səfirləri Ramiz Mehdiyev deyil, cənab Prezident təyin edir”.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.