Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Bu məscidi Ramiz Mehdiyev sökdürübmüş — Yeni fakt ÜZƏ ÇIXDI

Bu məscidi Ramiz Mehdiyev sökdürübmüş — Yeni fakt ÜZƏ ÇIXDI

Bu məscidi Ramiz Mehdiyev sökdürübmüş — Yeni fakt ÜZƏ ÇIXDI
2025-10-29 , 13:21

Barəsində ev dustaqlığı qətimkan tədbiri seçilən Ramiz Mehdiyevin adı daha bir məsələdə hallanır.


Demokrat.az-ın əldə etdiyi məlumata görə, 2009-cu ildə Yasamal rayonu ərazisində yerləşən “Məhəmməd Peyğəmbər” məscidi məhz Ramiz Mehdiyevin və Eldar Mahmudovun əmri ilə rayonun o vaxtki icra başçısı İbrahim Mehdiyev tərəfindən sökülüb. 

Ümumiyyətlə, İbrahim Mehdiyevin adı Ramiz Mehdiyevə ən yaxın adamlar arasında çəkilir.

Demokrat.az iddialarla bağlı İbrahim Mehdiyevlə əlaqə saxlamağa çalışsa da, zənglərimiz cavabsız qaldı. 

Qeyd edək ki, İbrahim Mehdiyev 2006-2017-ci illərdə Yasamal Rayon İcra Hakimiyyəti başçısı vəzifəsində çalışıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.