Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Saleh Səmədovun işdən çıxarılan oğlunun yerinə təyinat - FOTO

Saleh Səmədovun işdən çıxarılan oğlunun yerinə təyinat - FOTO

Saleh Səmədovun işdən çıxarılan oğlunun yerinə təyinat - FOTO
2025-10-29 , 13:29

İmişli Rayon Ağsaqqallar Şurasının həbs edilmiş sabiq sədri Saleh Səmədovun işdən çıxarılan oğlu Kamran Səmədovun yerinə təyinat olub.

Yenilik.az "Unikal"a istinadla xəbər verir ki, vaxtilə İmişli Rayon İcra Hakimiyyəti başçısının Yeni Bəhramtəpə İnzibati Ərazi Dairəsi üzrə nümayəndəsinin müavini işləyən Kamran Səmədovun yerinə Şəmşir Əhmədov təyin edilib. O, artıq işinin icrasına başlayıb.

Qeyd edək ki, Saleh Səmədov Faşizm üzərində Qələbə Günü-9 mayda keçirilən tədbirdə SSRİ bayrağı altında sinəsində rus imperiyasının rəmzi sayılan "Georgi lenti" ilə çıxış etmişdi. O, sonradan l Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən mənimsəmə ittihamı ilə həbs edilib. Hazırda iş üzrə ibtidai istintaq aparılır. S.Səmədovun oğlu Kamran Səmədov isə atasının "Georgi lenti" ilə çıxışından bir neçə gün sonra vəzifəsindən azad edilmişdi.

Bakupost.az


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.