"Rusbaş" Saleh Səmədovu BU CƏZA gözləyir
Hüquqşünas SSRİ bayrağı altında çıxış edən Ağsaqqallar Şurasının keçmiş sədrinə neçə il həbs verilə biləcəyini açıqladı
Xəbər verildiyi kimi, faşizm üzərində Qələbə gününün ildönümündə - mayın 9-u tədbirində SSRİ bayrağı altında, sinəsində rus imperiyasının rəmzi olan “Georgi lenti” ilə çıxış edən İmişli Rayon Ağsaqqallar Şurasının keçmiş sədri Saleh Səmədov həbs edilib. İmişli Rayon Məhkəməsi Saleh Səmədov barəsində 4 aylıq həbs-qətimkan tədbiri seçib. Onun vergidən yayınmada (CM-in 179-cu maddəsi - “Mənimsəmə”) ittiham edildiyi bildirilir.Saleh Səmədovu hansı cəza gözləyir?
“Bakı” Hüquq Şirkətinin rəhbəri Natiq Ələsgərov “Yeni Müsavat”a deyib ki, Saleh Səmədovun hansı cəzaya məruz qala biləcəyini anlamaq üçün əvvəlcə ona qarşı irəli sürülmüş ittiham maddəsinə və ümumi hüquqi kontekstə baxmaq lazımdır: “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 179-cu maddəsi mənimsəmə və israfetmə adlanır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinə görə 179.1-ci maddə etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgə əmlakını mənimsəmə və ya israf etmədir, 2 ildən 4 ilədək azadlıqdan məhrumetmə və ya digər alternativ cəzalarla nəticələnə bilər”.
Natiq Ələsgərov deyib ki, əgər bu əməl vəzifəli şəxs tərəfindən, xüsusilə təkrar və ya külli miqdarda törədilibsə, maddənin daha ağırlaşdırılmış bəndləri şamil oluna bilər: “Məsələn, 179.3.2 və ya 179.3.3 maddələri ilə 8 ildən 12 ilədək azadlıqdan məhrumetmə cəzası da nəzərdə tutula bilər. Hazırda Saleh Səmədov haqqında ilkin olaraq 4 aylıq həbs-qətimkan tədbiri seçilib. Bu, onun məhkəmə araşdırması dövründə istintaq təcridxanasında saxlanılması deməkdir”.
Natiq Ələsgərov deyib ki, ittihamla bağlı işin detalları hələlik bəlli olmadığından, mənimsəmənin miqyası, şəxsin əldə etdiyi məbləğin həcmi, onun vəzifə səlahiyyətlərindən necə istifadə etməsi kimi amillər məhkəmənin yekun qərarında əsas rol oynayacaq: “Əgər Saleh Səmədova qarşı irəli sürülən mənimsəmə ittihamı sübuta yetirilərsə, o, 2 ildən 12 ilə qədər azadlıqdan məhrum edilə bilər. Bu, konkret maddənin bəndindən asılı olacaq. Əgər günahı sübuta yetirilməzsə və ya əməlin ciddiliyi az hesab edilərsə, o zaman şərti cəza və ya cərimə ilə də qurtula bilər”.
Xatırladaq ki, Saleh Səmədov 1962-ci ildə İmişli rayonunda anadan olub. “Azərişıq” ASC-də rəhbər vəzifələrdə, YAP İmişli Təşkilatında fəal olub. Dövlət İdarəçilik Akademiyasını və İqtisad İnstitutunu bitirib. Müxtəlif illərdə icra strukturlarında, ticarət müəssisələrində, Məşğulluq Mərkəzində, Metrologiya institutunda rəhbərlik edib. 1993-cü ildən YAP üzvüdür. Rayonda şərab zavodu və digər biznes sahələrinə malikdir.
Saleh Səmədovun ictimai qınaq obyektinə çevrilməsində əsas səbəb onun mayın 9-da SSRİ bayrağı və “Georgi lentini” nümayiş etdirməsi olub. Bu lent rəsmi olaraq Azərbaycanda qadağan edilməsə də, rus imperializmini və separatizmi simvolizə etdiyi üçün qıcıqla qarşılanır.
Azərbaycan Respublikası qanunlarında “Georgi lenti” ifadəsi birbaşa keçmir. Lakin Konstitusiya və “İctimai asayişin qorunması haqqında” qanunlar bu tip rəmzlərin istifadəsinə dolayısı qadağalar qoyur. Azərbaycan Konstitusiyanın 7-ci maddəsində deyilir: "Azərbaycan dövləti dünyəvi, hüquqi və unitar dövlətdir. Onun ərazi bütövlüyü və suverenliyi şübhə altına alına bilməz". Konstitusiyamızın 12-ci maddəsində isə deyilir: Dövlətin ali məqsədi insan hüquq və azadlıqlarını qorumaqdır. “İctimai tədbirlərin keçirilməsi qaydaları haqqında” qanuna əsasən, ictimai tədbirlərdə yalnız Azərbaycan dövlət atributlarından istifadə edilməlidir. Başqa bir dövlətin, xüsusən də Azərbaycanın ərazi bütövlüyünə və milli maraqlarına tarixi zərbə vurmuş bir imperiyanın rəmzini sinəyə taxmaq, sadəcə, nadanlıq deyil, bu, məsuliyyətsizliyin və potensial təhlükənin açıq təzahürüdür. Bu hərəkətin özü cinayət məsuliyyəti yaratmasa da, onun barəsində əvvəllər başlanmamış istintaq işlərinin aktivləşdirilməsinə və ya daha diqqətli araşdırmaya səbəb olmuş ola bilər. Lakin bu iş həm hüquqi, həm də ictimai-siyasi yük daşıdığı üçün onun sonluğu sırf qanunlarla deyil, eyni zamanda cəmiyyətin və dövlətin mövcud siyasi münasibətləri ilə də formalaşa bilər.
OXŞAR XƏBƏRLƏR

İşdən çıxarılan sədrin əmlakları üzə çıxdı - Foto
Saleh Səmədov həbs edildi
SSRİ bayrağı altında çıxış edən Saleh Səmədov vəzifəsindən azad edildi – Video
İmişli Ağsaqqallar Şurasının yeni sədri də “Georgi lenti” taxıbmış – FOTO
Saleh Səmədov rəisi söyüb
İmişlidə SSRİ bayrağı qaldıran Saleh Səmədov kimdir? – ŞOK DOSYE, AÇIQLAMA
SSRİ bayrağına görə işdən çıxarılan sədrin yerinə TƏYİNAT
Qalmaqallı sədrin oğlu da işini itirdi - Foto
İmişlidə SSRİ bayrağı qaldırıldı – VİDEO
Qalmaqallı Səmədov qardaşları… YAP SSRİ bayrağı qaldıran şəxsə cəza verəcəkmi?
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14