Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qərbi Kaspi Universiteti tələbələri üçün İstanbul Kültür Universitetində Təhsil Almaq İmkanı

Qərbi Kaspi Universiteti tələbələri üçün İstanbul Kültür Universitetində Təhsil Almaq İmkanı

Qərbi Kaspi Universiteti tələbələri üçün İstanbul Kültür Universitetində Təhsil Almaq İmkanı
2025-10-28 , 17:25

Qərbi Kaspi Universiteti ilə İstanbul Kültür Universiteti (Türkiyə) arasında mövcud olan müqaviləyə əsasən, QKU-nun 1 (bir)  tələbəsi 2025/2026-cı tədris ilinin yaz semestrində Türkiyədə təhsil almaq şansı qazanacaq.

Proqram Haqqında Məlumat
  • Təhsil müddəti: 4 ay ( 1 semestr)
  • Yaşayış xərclərini qarşılamaq məqsədilə aylıq təqaüd
  • Səyahət xərcləri Erasmus+ proqramı tərəfindən qarşılanacaq
Müsabiqədə İştirak Üçün Tələblər:
  • Kompüter Mühəndisliyi, Beynəlxalq Münasibətlər, Beynəlxalq Ticarət və Maliyyə, Biznesin Təşkili və İdarə Edilməsi, İngilis dili və Ədəbiyyatı  ixtisaslarında təhsil alan II və III kurs tələbələri iştirak edə bilərlər.
  • Müsabiqədə iştirak etmək üçün B2 səviyyədə ingilis dili biliyi mütləqdir.
  • Ümumi Orta Müvəffəqiyyət Göstəricisi: 100 üzərindən 75 və daha yüksək
Proqramda iştirak üçün heç bir ödəniş tələb olunmur. Tələbələr ingilis dilində CV və Motivasiya məktublarını [email protected] ünvanına göndərə bilər və ya beynəlxalq əlaqələr şöbəsinə (Qərbi Kaspi Universiteti, Əhməd Rəcəbli küçəsi 21, 111-ci otaq) yaxınlaşa bilərlər.
Son müraciət tarixi: 10.11.2025
Əlavə suallar üçün [email protected] elektron poçt ünvanı ilə əlaqə saxlaya bilərsiniz.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.