Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetinin tələbəsi Qarabağ Universitetində keçirilən "Bootcamp" layihəsində uğurla iştirak edib.

Qərbi Kaspi Universitetinin tələbəsi Qarabağ Universitetində keçirilən "Bootcamp" layihəsində uğurla iştirak edib.

Qərbi Kaspi Universitetinin tələbəsi Qarabağ Universitetində keçirilən
2025-10-13 , 17:02

09–10 oktyabr 2025-ci il tarixlərində Qarabağ Universitetində Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində növbəti “Bootcamp” tədbiri keçirilib. Tədbirin əsas məqsədi kənd təsərrüfatı sahəsində innovasiyaların və rəqəmsal texnologiyaların tətbiqini genişləndirmək, süni intellektin aqrar sektorda istifadəsini təşviq etmək olub.

Qərbi Kaspi Universitetinin “Su bioehtiyatları və akvakultura” ixtisasında təhsil alan 233 SBİO qrupunun 3-cü kurs tələbəsi Zeynəbxanım Orucova bu “Bootcamp” layihəsində uğurla iştirak edib.
Tələbəmiz tədbir çərçivəsində “Qarabağın Aqro Eko Evləri” və “Akvaponik Sistem” adlı innovativ layihələrini təqdim edib.
Layihələrdə aqrar istehsalın ekoloji və dayanıqlı üsullarla təşkili, həmçinin akvaponik texnologiyaların tətbiqi ilə resursların səmərəli istifadəsi kimi aktual məsələlər əksini tapıb.
Qeyd edək ki, tədbirdə ölkə üzrə süni intellekt fənninin tədris olunduğu 20-yə yaxın ali təhsil müəssisəsinin tələbələri və gənc tədqiqatçıları iştirak ediblər. “Bootcamp” iştirakçıları müasir aqrar texnologiyalar, süni intellekt modelləri və startap ekosistemi haqqında praktik biliklər qazanıblar.
 
       

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.