Yenilik.Az
www.Yenilik.Az » Təhsil » Qərbi Kaspi Universitetinin tələbələri “Rebuild Karabakh” sərgisində “Akvaponik-sistem” layihəsini nümayiş etdirirlər.

Qərbi Kaspi Universitetinin tələbələri “Rebuild Karabakh” sərgisində “Akvaponik-sistem” layihəsini nümayiş etdirirlər.

Qərbi Kaspi Universitetinin tələbələri “Rebuild Karabakh” sərgisində “Akvaponik-sistem” layihəsini nümayiş etdirirlər.
2025-10-14 , 17:03

Qərbi Kaspi Universitetinin “Su bioehtiyatları və Akvakultura” ixtisasının 3-cü kurs tələbələri Fidan Orucova və Zeynəbxanım Orucova Bakı Expo Mərkəzində keçirilən 5-ci Yubiley Azərbaycan Beynəlxalq “Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı – Rebuild Karabakh” sərgisində iştirak edirlər.

Dövlət qurumları, özəl sektor nümayəndələri və 17 ölkədən 299 şirkətin qatıldığı sərgidə tələbələrimiz aqrar startapların yerləşdiyi pavilyonda “Akvaponik-sistem” layihəsini nümayiş etdirirlər. Layihə iştirakçılara innovativ aqrotexnoloji yanaşmaları təqdim etməklə, su bioehtiyatlarının səmərəli idarə olunması və davamlı kənd təsərrüfatı sahəsində potensial imkanları nümayiş etdirir.
Qeyd edək ki, beynəlxalq sərgi oktyabr ayının 16-dək davam edəcək və iştirakçılara Qarabağın bərpası və inkişafı sahəsində yeni təşəbbüsləri yaxından tanımaq imkanı verəcək.
    

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.