Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » İcra başçılarına qadağa qoyuldu

İcra başçılarına qadağa qoyuldu

İcra başçılarına qadağa qoyuldu
2025-11-03 , 12:36

Balakən rayon icra hakimiyyətinin başçısı İslam Rzayevin oktyabrın 30-da DTX tərəfindən saxlanılmasından sonra rayon rəhbərlərinin başının üstünü alan "qara buludlar" bir qədər də sıxlaşıb. İcra başçıları ilə bağlı əməliyyatların davam edəcəyi və yeni həbslərin olacağına dair iddiaların ardı-arası kəsilmir. Qaradağ rayon icra hakimiyyəti başçısının müavini Nadir Muradovun və daha bir neçə vəzifəli şəxsin noyabrın 1-də saxlanılmasından sonra bu ehtimallar bir qədər də qüvvətlənib.

Metbuat.az-ın əldə etdiyi məlumata görə, dünəndən etibarən kənd rayonlarına rəhbərlik edən məmurlara bir sıra məhdudiyyətlər tətbiq edilib. Onların çalışdıqları rayonları icazəsiz tərk etməsi qadağan olunub.
Xatırladaq ki, kənd rayonlarına rəhbərlik edən icra başçılarının əksəriyyəti Bakıda yaşayır. Onlar həftənin cümə günü paytaxta gəlir və birinci gün işlərinin başına dönürlər. Dünəndən etibarən onlara ciddi zərurət olmadığı halda işlədikləri rayonları tərk etməmək tapşırılıb. Bu isə o deməkdir ki, hüquq-mühafizə orqanları fəaliyyətində ciddi qanunsuzluqlara yol verən, vəzifə səlahiyyətlərindən sui-istifadə edən, rüşvət və korrupsiya ilə məşğul olan məmurların qapısını həftənin bütün günləri döyə bilər.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.