Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Tanınmış aparıcının toyunu iş adamı edəcək

Tanınmış aparıcının toyunu iş adamı edəcək

Tanınmış aparıcının toyunu iş adamı edəcək
2025-11-04 , 17:00

Tanınmış aparıcı Afət Rahilqızı və “Elgizlə İzlə” verilişinin iştirakçısı Fərhadın toyu olacaq. Bu barədə verilişin aparıcısı Elgiz Əkbər efirdə bildirib.

 
Onun sözlərinə görə, bir iş adamı ona zəng edərək Afət və Fərhadın toy mərasimini təmənnasız şəkildə öz restoranında keçirməyi təklif edib:
 
“Dünən yox, sırağagün gördüm ki, telefonuma zəng gəlir. Dedi ki, Elgiz müəllim, mən sizin verilişlərinizin hamısına baxıram, birini də buraxmıram. İş adamıyam, Bakıda çox gözəl bir şadlıq evi açmışam və orada təmənnasız şəkildə Afətlə Fərhadın toyunu keçirmək istəyirəm”.
 
Bakupost.az

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.