Bəzi qəzetləri təkcə bağlamaq yox, baş redaktorlarına cinayət işi başlatmaq lazımdır!
İllərdir hakimiyyəti tərifləyib müftə yeyənlər indi dövləti şantaj edirlər…
Son günlər Medianın İnkişaf Agentliyinin qəzetlərin həftədə bir dəfə nəşri ilə bağlı qərarı geniş müzakirələrə səbəb olub. Dünən beynəlxalq Cloudflare şəbəkəsində baş verən qlobal nasazlıq isə bu müzakirələri daha da sürətləndirib. Sosial şəbəkələrdə “saytlar çökə bilər, amma qəzet qalır – qəzet daha etibarlı və vacib informasiyadır” kimi fikirlərin intensivliyi bir az da artıb. Heç şübhəsiz, bu fikirlər məsələnin emosional tərəfidir, amma danılmaz fakt da var: həqiqətən də qəzet – tarixi sənəddir, arxiv dəyəri var, gələcək üçün iz qoyur. İnternet resursların heç birində isə bu xüsusiyyət yoxdur.
Əslində əsas sual budur: biz hansı qəzeti nəzərdə tuturuq? Azərbaycanda hansı qəzet həftəlik nəşrə keçməyi özünə “həqarət” hesab edir və düşünür ki, onun hər gün nəşr olunmağa haqqı var?!
Azərbaycanda bütün qəzetlər hakimiyyəti tərifləməklə məşğuldur və qəzet baş redaktorlaru üçün bu məşğuliyyətin-tərifin yaratdığı “haqlılıq pasportu” özlərini əvəzolunmaz hiss etmələri ilə nəticələnib.
Bu “passport”dan sui-istifadə dövrü hələ 2019-cu ildə bitib, bir sıra qəzetlər hesab edirdilər ki, uzun illərdir hakimiyyətin əsas ruporu kimi müxlaifət haqqında hər cür hədyanlar yağdırıb və YAP-ın ahıl korrupsionerlərinin (indi onların çox vətən xaini kimi ittiham olunur) müdafiəsi ilə məşğul olub, məhz buna görə də yaşamalıdır. Lakin hər kəs bilir ki, bu ruporlar Ramiz Mehdiyevin yaratdığı mənfur çətir altında fəaliyyət göstərməli olub. İlham Əliyevin isə bu adamların müdafiəsinə heç vaxt ehtiyacı olmayıb. “Biz Prezidentə, dövlətə, dövlətçiliyə sadiqik” tipli əzgin ritorika ilə çıxış edərək rəhbərlik etdiyin qəzetin həftəlik nəşrə keçməsini az qala faciə kimi təqdim edirsənsə, deməli, dövləti şantaj etməklə məşğulsan. Sən kim idin ki, sadiq olmayasan? Prezidentin siyasətini, atdığı addımları işıqlandıran, arxiv dəyəri olan dövlət qəzetləri var. Siz İlham Əliyevin hesabına kişi olmusunuz.
Nəslinizdə, ailənizdə, qohumlarınızda ən lazımsız adamlar bu qəzetlər vasitəsilə ev-eşik sahibi olub, hər birinin cibinə jurnalist vəsiqəsi qoyulub, illərdir dövlətin ayırdığı pullardan bu adamlara maaş verilib, bu gün ölkədə elə qəzetlər var ki, həmin qəzetlərin baş redaktorlarının baldızları, qaynanaları, arvadları, qardaş-bacıları evdə oturub, amma illərdir bu qəzetlərdən maaş alırlar. Varlanmısınız!
İşçiləriniz isə 400-500 manat maaşla it kimi sürünür, kredit, borc içində üzürlər. Bəs, özünüz bağ evlərini, yeni tikili binada mənzilləri, bahalı xidməti maşınları, ticarət obyektlərini nə ilə əldə etmisiniz? “Biz İlham Əliyevə sadiqik” bayrağı altında törətmədiyiniz cinayət qalmayıb. Əslində bəzi qəzetləri həftəlik nəşrə keçirmək yox, birdəfəlik bağlamaq və bir çoxunuz barəsində cinayət işi başlatmaq lazımdır.
Qəzet baş redaktorları şantaja, dövlətə qarşı təzyiqə başlayıblar. MEDİA pullarını kəsən kimi hər biri iclas keçirib məkdaşları ilə vidalaşır. Və onlara tapşırırlar ki, dövlətin bu qərarını sosial şəbəkələrdə sabotaj edin.
Əməkdaşları anlamaq olar, amma anlamadığım bir nəsnə var.
Qəzetçi baş redaktorlar niyə illərdir yığdıqlarından xərcləyib heç olmasa, 2-3 ay bu qəzetləri nəşr etmək istəmirlər?! Bu, ləyaqət məsələdir! İllərdir yığırsınız, heç olmasa, cəmi bircə ay öz hesabınıza çıxarın da qəzetinizi… Axı danışanda deyirsiniz ki, “bu qəzet mənim övladımdır…”. Müftə yemək buna deyirlər.
Ramiz Mehdiyev gedibsə, onun nəfəsi dəyən bütün sahələrdə də radikal islahatlar aparılmalıdır.
Dünya kritik mərhələyə qədəm qoyur, bütün sahələr ağır dövrdən keçir, bütün sahələrdə islahat getməli, qənaət olunmalıdır, MEDİA da düz addım atıb. Nə zamansa bütün bunların məsuliyyətini Əhməd İsmayılovdan soruşacaqlar, ölkə rəhbərliyi hesabat tələb edəcək, bu qədər vəsaitin nəyə xərcləndiyinin haqq-hesabı olacaq, bax o zaman siz Vüqar Səfərlinin üzünə durduğunuz kimi, onun da üzünə duracaqsınız. Əhməd İsmayılovun olmayan villalarından fotolar dərc edib onu korrupsioner olmaqda ittiham edəcəksiniz. İndi Əhməd İsmayılovun üz-gözündən öpüb ona qardaş deməklə deyil ki… O da sizi yaxşı tanıyır.
***
…Hələ bəzi qəzetləri demirəm – katibəsini, bacısının ərini, qohum-əqrabasını “jurnalist” adı ilə mətbuata dürtüşdürən baş redaktorlar müxalifətçiliyə başlayıblar. KİVDF 2009-cu ildə yaranıb və 10 il ərzində təxminən 30 qəzetə hər dəfə 30-40 min manat pul verilib. Bu müddət ərzində təkcə KİVDF-dən hər qəzetə təxminən 4 milyon 800 min manat vəsait ayrılıb. Ümumilikdə, bu müddət ərzində 30 qəzetə ayrılan vəsait 144 milyon manat təşkil edir. Dövlət və özəl qurumlardan aldığınız abunə haqlarını, reklam və şantaj pullarını da üstünə gəlsək, niyə bu qədər varlı olduğunuzun statistik səbəblərini də görmüş olarıq.
Yazdıqlarımın yanlış anlaşılmasını da istəmirəm, MEDİA-nın yanından nə zaman keçirəmsə, məni qaşınma tutur, xoşum gəlmir bu təşkilatdan, amma zaman-zaman elə qərarlar verir ki, təqdir etməli olursan – KİVDF-nin bəzi səhvlərini təkrarlamaq istəmir.
Amma… MEDİA qəzetlərin bağlanmasına şərait yaradaraq, heç də o qəzetlərdən geri qalmayan domen sahiblərini varlaşdıracaqsa, bunun da cəzası olacaq.
Qısası, mən mətbuata qəzetdən gəlmişəm və qəzetlərin yaşamasının tərəfdarıyam. Amma belə qəzetlərin yox!
Müəllif: Samir Feyruzov
OXŞAR XƏBƏRLƏR

Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
“Avropa ehtiyaclarını kimin ödəyəcəyi üçün Rusiya ilə rəqabət etmirik”
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
İlham Əliyevin Çin səfəri dünya mediasında - Fotolar
Prezident Özbəkistan mediasına müsahibə verib
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14