Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Burun əməliyyatdan sonra qızın komaya düşməsinə görə klinika barədə protokol hazırlanıb

Burun əməliyyatdan sonra qızın komaya düşməsinə görə klinika barədə protokol hazırlanıb

Burun əməliyyatdan sonra qızın komaya düşməsinə görə klinika barədə protokol hazırlanıb
2025-11-24 , 22:32

Uğursuz rinoplastika əməliyyatı səbəbi ilə Səhiyyə Nazirliyinə "MedAura" klinikası ilə bağlı protokol göndərilib.

 
Bu barədə nazirliyin Analitik Ekspertiza Mərkəzindən (AEM) məlumat verilib.
 
Bildirilib ki, noyabrın 7,12 və 13-də klinikada plandankənar (növbədənkənar) yoxlamalar keçirilib:
 
"Yoxlama nəticəsində aşkar edilmiş nöqsanlar üzrə tədbirlər görülüb və inzibati xəta məsuliyyəti yaradan pozuntularla bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri üzrə protokol tərtib edilərək aidiyyəti üzrə növbəti icraata göndərilib".
 
Qeyd edək ki, Bakıda "MedAura" klinikasında gənc qız burun əməliyyatından sonra komaya düşüb. Bu barədə qızın bacısı İlhamə Budaqlı sosial media hesablarında paylaşım edib.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.