Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Nazir “7GÜL”lə razılaşdı: 250 min manatlıq “xarici qızılgül” və “yerli qızıgül” alır

Nazir “7GÜL”lə razılaşdı: 250 min manatlıq “xarici qızılgül” və “yerli qızıgül” alır

Nazir “7GÜL”lə razılaşdı: 250 min manatlıq “xarici qızılgül” və “yerli qızıgül” alır
2025-11-30 , 08:37

Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən “Əsaslı Tikinti və Təchizat” MMC tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.

Tribuna.az  XALQ-a istinadən xəbər verir ki, tender müsabiqəsinin qalibi “7GÜL” MMC olub.

Mədəniyyət Nazirliyi müxtəlif güllərin və əklillərin satınalınması üçün “7GÜL” MMC-yə 247 min 733 manat 92 qəpik ödəyəcək.
Satın alınacaq güllərin və əklillərin sayı aşağıdakı kimi olacaq:
Qızılgül xarici (təbii) – 3 000 ədəd;
Qızılgül yerli (təbii) – 1500 ədəd;
Qərənfil (təbii) – 1500 ədəd;
Böyük gül səbəti – 80 ədəd;
Orta gül səbəti – 60 ədəd;
Kiçik gül səbəti – 60 ədəd;
Əklil böyük – 7 ədəd;
Əklil orta – 7 ədəd;
Əklil kiçik – 7 ədəd;
Buket böyük – 80 ədəd;
Buket orta – 80 ədəd;
Buket kiçik – 80 ədəd;
Büstönü səbət – 10 ədəd;
Səhnə önü bəzək – 25 metr.
Qeyd edək ki, 2023-cü ildən Mədəniyyən Naziri Adil Kərimlidir.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.