Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki zavodların milyonlarla manat vergi borcu var

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki zavodların milyonlarla manat vergi borcu var

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki zavodların milyonlarla manat vergi borcu var
2025-12-03 , 08:25

Müdafiə Sənayesi Nazirliyinin tabeliyindəki zavodların milyonlarla manat vergi borcu yaranıb.

 
Yenilik.az-ın xəbərinə görə, “Şirvan Araz Zavodu” MMC-nin 13 918 766, “Telemexanika Zavodu” MMC-nin 22 190 343, “Peyk Zavodu” MMC-nin 1 925 490 AZN dövlətə borcu var.
 
Birinci zavodun hüquqi ünvanı Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 5, rəhbəri isə Rəhman İsfəndiyar oğlu Mehdiyevdir. İkinci zavodun hüquqi ünvanı Şirvan şəhəri, Naxçıvan küçəsi, ev 1, direktoru Usubağa Mirzəmməd oğlu Məmmədovdur. Peyk Zavodunun hüquqi ünvanı Bakı şəhəri, Nizami rayonu, Davud Aslan küçəsi, ev 6, rəhbəri Elşən Eyvaz oğlu Quliyevdir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.