Mehdiyevin oğlunu gözləyən aqibət - banklar, torpaq sahələri...
Teymur Mehdiyevin vəzifədən azad edilməsindən sonra “çevriliş planı” ilə bağlı istintaqa çağırılması gözlənilir; atasının 50 nəfərlik Dövlət Şurasında onun da adı varmı?
Sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğlu Teymur Mehdiyevin fövqəladə hallar nazirinin müavini vəzifəsindən azad edilməsindən sonra ikincinin istintaqa çağırılması gözlənilir. Tribuna.az məlumat verir ki, Teymur Mehdiyev həm atasının işi üzrə dindirilə, həm də vəzifədə olduğu dövrdə korrupsiyaya bulaşması təftiş oluna bilər. Niyə?Məsələn, Mehdiyevlərə aid “Bank BTB” ASC-nin ləğvi və ya rəhbərliyində dəyişiklik gündəmə gəlib. Bank sabiq PA rəhbəri Ramiz Mehdiyevin oğluna məxsusdur. Bunu bir müddət əvvəl özü açıqlayıb ki, bank oğlu Teymur Mehdiyevindir. Halbuki oğlu nazir müavini vəzifəsini tutub və qanunla biznes qurması qadağandır. İndi isə işdən azad olunub və bankın əlindən alınması ehtimalı yüksəkdir. “Bank BTB” həm də “BTB Leasing” ASC və “BTB Kapital İnvestisiya Şirkəti” ASC-nin təsisçisidir.

Maliyyə hesabatlarına görə, “Bank BTB” ASC bu ilin yanvar-sentyabr aylarını 641 min manat zərərlə başa vurub. Məlum olub ki, bu zərər ötən ilin eyni dövrünə nisbətən 30% çoxdur.
Xatırladaq ki, “Bank BTB” 2010-cu ildə yaradılıb. Onun nizamnamə kapitalı 71,45 milyon manatdır. Bankın səhmlərinin 76,74%-i Nigar Mehdiyevaya, 17,68%-i Rza Sadiqə (Müşahidə Şurasının sədri), 5,58%-i isə Tükəzban Mahmudovaya məxsusdur. Nigar Mehdiyeva Ramiz Mehdiyevin gəlinidir. Rza Sadiq onun qardaşıdır. Məlumatlardan aydın olur ki, ailənin kapitalı hüquqi olaraq gəlində, faktiki idarəetmə isə quda xəttindən gələn Rza Sadiqin əlində cəmləşdirilib.
Teymur bu vəzifəyə qədər mədəniyyət və turizm nazirinin, Dövlət Miqrasiya Xidməti rəisinin müavini olub. Teymur Mehdiyev də alimdir. “Qaçqınların və məcburi köçkünlərin hüquqi vəziyyəti: Rusiya Federasiyası və Azərbaycan Respublikası qanunvericiliyinin timsalında müqayisəli hüquqi təhlil” mövzusunda dissertasiyasını Moskvada müdafiə edib və 2002-ci ildə hüquq elmləri namizədi olub. Amma hektarlarla meyvə bağlarını yəqin ki, alimin alın təri ilə qazanmaq çətin olardı.
Mehdiyevlərin 2016-cı ildə Bakı, Abşeron və Goranboyda əkin təyinatlı 136 hektar torpaq sahəsi vardısa, 2017-ci ildə həmin sahələr bir az da genişlənib, 216 hektarı keçib. Novxanı kəndinin ərazisi 2697 hektar, əhalisi isə 8420 nəfərdir. Amma bu kənddə 2 nəfərin 155 hektar torpağı var. Burada Mehdiyevlərə məxsus torpaqların ərazisi bir ildə 100 hektardan 155 hektara qalxıb. Ailənin Goranboyun Xınalı kəndindəki bağ sahəsi iki dəfə böyüyüb. Kənd Təsərrüfatı Nazirliyinin məlumatında belə deyilir. 2017-ci ildə Qalina Mehdiyevanın bu kənddəki bağının sahəsi 50 hektara çatıb.
Mehdiyevin oğlu həbs oluna bilərmi?
Natiq Ələsgərov
“Bakı” Hüquq Şirkətinin rəhbəri, hüquqşünas Natiq Ələsgərov “Yeni Müsavat”a açıqlamasında bildirib ki, Teymur Mehdiyevin həbsi hüquqi baxımdan tam real ssenaridir və bunun qarşısını alan heç bir normativ baryer mövcud deyil. Onun sözlərinə görə, məsələ təkcə siyasi kontekstdən ibarət deyil - burada birbaşa hüquq pozuntusu elementləri var: “Azərbaycan qanunvericiliyinə əsasən, dövlət qulluğunda olan vəzifəli şəxsin biznes fəaliyyəti ilə məşğul olması qəti şəkildə qadağandır. Bu norma birbaşa "Dövlət qulluğu haqqında" Qanunda əksini tapıb və istər bilavasitə, istərsə də dolayı şəkildə kommersiya subyektinə nəzarət etmək hüquqi məsuliyyət doğurur. Teymur Mehdiyevin “Bank BTB”nin faktiki sahibi olması barədə açıq, təsdiqlənmiş məlumatlar mövcuddur və bu faktın özü belə, onun istintaqa cəlb edilməsi üçün yetərli hüquqi əsas yaradır".
Natiq Ələsgərov hesab edir ki, bankın uzun illər ardıcıl zərərlə işləməsi, kapital strukturu və payların ailə üzvlərinə ötürülməsi təkcə idarəetmə problemi kimi qiymətləndirilmir, bu, həm də vəsaitlərin mənşəyi, maliyyə axınlarının şəffaflığı və mümkün gizli payçılıq məsələlərini gündəmə gətirir. Onun fikrincə, əgər bankın fəaliyyəti zamanı vəzifə səlahiyyətlərindən sui-istifadə, şişirdilmiş və ya saxtalaşdırılmış maliyyə hesabatları, risklərin bilərəkdən gizlədilməsi, kredit portfelindən vəsaitlərin yönləndirilməsi və ya aktivlərin ailə üzvlərinin üzərinə keçirilməsi kimi hallar sübuta yetirilərsə, Cinayət Məcəlləsinin bir neçə maddəsi üzrə istintaq aparılması qaçılmaz olacaq: “Bu maddələrə Cinayət Məcəlləsinin 308-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 213-cü (vergidən yayınma), 192-ci (qanunsuz sahibkarlıq), 179-cu (mənimsəmə və israfetmə) kimi maddələr də daxil ola bilər”.
Natiq Ələsgərov torpaq alqı-satqıları ilə bağlı epizodların isə istintaqda ayrıca xətt üzrə araşdırılacağını istisna etmir: “Qısa zaman ərzində onlarla hektar torpağın əldə olunması rəsmi gəlirlərlə uyğun gəlmirsə, bu, artıq maliyyə monitorinqi üçün siqnal hesab olunur. Vəsaitlərin mənşəyi barədə şübhə yaranarsa, bu, Cinayət Məcəlləsinin 193-1-ci - cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin leqallaşdırılması maddəsi üzrə araşdırma perspektivi yaradır”.
Natiq Ələsgərov bildirir ki, Teymur Mehdiyevin atası Ramiz Mehdiyevin cinayət işi üzrə məlumat sahibi olmaq ehtimalı istintaq üçün ayrıca maraq predmeti ola bilər: “Əgər istintaq müəyyən etsə ki, Teymur Mehdiyev həmin proseslərdən xəbərdar olub, yaxud müəyyən qərarların qəbulunda iştirak edib, o zaman onun prosessual statusu şahiddən şübhəli və ya təqsirləndirilən şəxs statusuna dəyişdirilə bilər. Bu dəyişiklik çox qısa müddətdə baş verə bilər”.
Ələsgərov əlavə edib ki, belə olan halda, artıq “hakimiyyəti zorla ələ keçirmə” işi üzrə əlavə epizodların açılması gündəmə gələ bilər. Onun fikrincə, prosesin inkişafından asılı olmayaraq, Teymur Mehdiyevin saxlanılması və barəsində həbs-qətimkan tədbirinin seçilməsi hüquqi baxımdan tam məntiqlidir: “Bu halda heç bir imtiyazdan, xüsusi statusdan söhbət gedə bilməz. Şəxsin keçmiş vəzifəsi onu Cinayət Məcəlləsinin tələblərindən kənarlaşdırmır. Əgər Mehdiyevin bank fəaliyyəti, torpaq əməliyyatları və vəzifə dövründə verdiyi qərarlar kompleks şəkildə araşdırılarsa, həbslə nəticələnə biləcək çoxşaxəli risk modeli formalaşa bilər”.
Onun sözlərinə görə, vəziyyətin gedişatı həm maliyyə-ictimai təzyiq, həm də cinayət prosesinin genişlənməsi fonunda daha da kəskinləşə bilər və bu, Teymur Mehdiyevin hüquqi taleyini yaxın zamanlarda müəyyənləşdirən əsas amil olacaq.
OXŞAR XƏBƏRLƏR

Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Ramiz Mehdiyevin dövlət çevrilişi planını Rusiya ifşa edib – ŞOK
Prezident hərbçiləri təltif etdi – Sərəncam
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Ramiz Mehdiyevin oğlu iki iş üzrə dindiriləcək
Gəzmədiyi nazirlik qalmayıb — Ramiz Mehdiyev oğlunu hakimiyyətə hazırlayırdı?
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Ramiz Mehdiyevin milyardları üzə çıxdı
Media nümayəndələri təltif edildi - Siyahı
Ramiz Mehdiyevin xəyanət dosyesi...
Mehdiyevlərin Bank BTB-si batır – “kassir” Rzanın başı dərddə
Mehdiyevin hakimiyyətdə gizlənən komandası: KİMLƏRDİR?
Əli Həsənovu bəsləyən Nurlan Həsənov kimdir? – SENSASİON FAKTLAR
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14