Qarayevlərin biznes imperiyası - SİYAHI
Məlum olduğu kimi, sabiq mədəniyyət naziri Əbülfəz Qarayevin qızı Suad Qarayevə tərəfindən lentə alınan “Məhsəti” filmi cəmiyyətdə geniş müzakirələrə, haqlı tənqidlərə səbəb olub. Çünki filmdə dahi ədib Məshəti Gəncəvinin obrazı əxlaqsız formada təqdim edilib. Üstəlik filmdə cəmiyyətin əxlaqı, mənəvi dəyərləri hədəf alınıb.
Film ciddi sənət nümunəsi olmasa da, xalqın dəyər verdiyi, min ildən sonra da hörmətlə yad etdiyi Məhsəti Gəncəvi kimi bir şəxsiyyəti bu cür iyrənc formada təqdim etməklə Suad əslində öz niyyətini ifşa edib.
Əsas məqsəd – Cəmiyyət əxlaqına zərbə vurmaq
Məsələnin ən ikrah doğuran və cəmiyyətdə qəzəb yaradan tərəfi isə filmin müəllifinin uzun illər mədəniyyət naziri olmuş Əbülfəs Qarayevin qızı olmasıdır. Mədəniyyəti qorumaq vəzifəsini daşımış məmurun qızı illər sonra mədəniyyətimizə zərbə vuran rejissora çevrildi. Bu nə qədər tragikomik görünsə də, cəmiyyət tərəfindən biabırçı bir hadisə kimi qarşılandı.
Təbii ki, bu filmin ərsəyə gəlməsində Suadın uzun illər Qərb ölkələrində yaşaması önəmli rol oynayıb. Görünür, sabiq nazirin qızı bu müddət ərzində Qərbin çirkin, ailə institutunu dağıtmağa yönələn dəyərlərini yaxşı mənimsəyib. O qədər bu dəyərlərə aludə olub ki, sonda belə bir film ərsəyə gətirməklə xalqımızın əxlaqına, ailə dəyərlərinə zərbə vurmağa çalışıb.
Ancaq haqlı olaraq rejissorun tarixi şəxsiyyəti, o cümlədən cəmiyyətin əxlaqını hədəf alan filmi ictimaiyyət tərəfindən sərt qınağa tuş gəldi.
Günah Suadda, yoxsa atasındadır?
Qeyd etdiyimiz kimi, Suad Qarayeva gənc yaşlarından etibarən xaricdə - Londonda yaşayıb. Orada oxuyub, çalışıb, hətta 2015-ci ildə Şəhriyar adlı iranlı iş adamı ilə də Britaniya paytaxtında ailə həyatı qurub. Təbii ki, gənc yaşlarından Suadın öz hesabına London Ali İqtisadiyyat Məktəbi kimi bir təhsil ocağında oxuması, üstəlik biznes sahibi olması qeyri-mümkündür. Bütün bunlar atasının onun üçün yaratdığı imkanlar sayəsində reallaşıb.
Qızını bu qədər geniş imkanlar yaradan ata, məsuliyyətini də dərk etməyə borcludur. Ona görə də Suadla birlikdə sabiq nazir də cəmiyyətin əxlaqını, mədəni irsimizi hədəf aldığına görə xalqımızdan üzr istəməli idi. Ancaq bunu etmədilər, etmək istəmədilər.
Qarayevlərin ailə biznesləri
Suadın qazandığı imkanlar, rəhbərlik etdiyi bizneslər birbaşa olaraq atasının 26 illik nazirlik dönəmindəki qazancının bəhrəsidir. Qazanc dedikdə, Əbülfəs Qarayevin əməkhaqqından yox, vəzifəsindən istifadə edərək yığdığı pullardan, yaratdığı bizneslərdən söhbət gedir. Nazir olduğu, eləcə də sonrakı dövrdə Əbülfəs Qarayevin, o cümlədən ailə üzvlərinin adı bir çox korrupsiya qalmaqallarında hallanıb.
Suad Qarayeva hələ 2002-ci ildən ad və soyadının baş hərflərini özündə ehtiva edən "SQ-FUTURE" MMC-nin təsisçisidir. Şirkət Bakı şəhəri Səbail rayonu, Müslüm Maqomayev, ev 22-də hüquqi qeydiyyatda alınıb. Həmin ünvanda 2006-cı ilin martında Əbülfəs Qarayevin həyat yoldaşı Kazımova Lalə Tofiq qızının təsisçiliyi ilə Mədəniyyət Nazirliyi tərəfindən maliyyələşdirilən "YOL+İLK ELMİ-POPULYAR DƏRGİ REDAKSİYASI" MMC qeydiyyata alınıb. Bu iki şirkətin illik dövriyyəsi milyonlarla manat həcmindədir.
Lalə Kazımova 2010-cu ilin dekabrında Türkiyədə ad və soyadının abbreviaturasını ifadə edən “KL BODRUM EMLAK TİCARET VE Sanayi LİMİTED ŞİRKETİ”ni təsis edib. Nizamnaməyə görə Qarayevlərin ailə şirkəti Türkiyədə və ölkə xaricində turizm obyektləri, hotel, yaşayış binaları, villa və idman təsisatlarına sahib olmaq, işlətmək hüququ əldə edib. Keçmiş nazirin xanımın sosial şəbəkələrdəki hesabında Bodrumdakı 5 ulduzlu Kuum hotelinin simvolunu (qoşaqanadlı mələk) profil şəkli seçməsi maraq doğurur. Sözügedən hotelin hazırki qiymətinin təxminən 35-40 milyon dollar olduğu ehtimal olunur.
Rusiyadan Panamayadək uzanan mülklər
Rusiya Vergilər xidmətinin məlumatına görə, Rusiyada fəaliyyət göstərən “GALS” şirkəti də Əbülfəs Qarayevin qızı Suad Malekiyə (Qarayeva) məxsusdur. “GALS” abreviaturası sabiq nazirin özünün və ailə üzvlərinin adının baş hərflərindən (Qarayev, Abülfəz, Lalə (həyat yoldaşı) və Suad (qızı) ibarətdir. Şirkətin illik gəlirləri 5-6 milyon rubl civarındadır.
Araşdırmamız nəticəsində məlum olub ki, Qarayevlərin Moskvada “LEON BABY” və “MYASNAYA QARANT” kimi ticarət markaları da mövcuddur. Əbülfəs Qarayev tərəfindən Rusiyada təsis olunmuş şirkətlər siyahısında "GZK OIL" MMC-ni (ООО "ГЗК ОЙЛ") və “ÇE CORPORATION” MMC-nin də adı var.
Məlumat üçün bildirək ki, “Korporaçiya ÇE” şirkətinin 2022-2023-cü illərdə gəlirləri 1 milyon 956 min manat olub.
Panamada qeydiyyatdan keçən 2004-cü ildə yaradılmış "RİMBA SA" şirkətinin də Əbülfəs Qarayevə aid olduğu iddia edilir. Təsadüfi deyil ki, 2020-ci il mayın 20-də, Qarayevin vəzifəsindən azad olunmasından cəmi bir gün əvvəl “Rimba S.A” şirkəti (Panama) Bakıdakı filialının ləğv olunduğunu elan edib. “Offshore” şirkəti olan “Rimba S.A”nın sabir nazir tərəfindən çirkli pulların yuyulması məqsədilə yaradıldığı iddia olunur.
Bundan əlavə, 2008-ci ildə Əbülfəs Qarayev Xorvatiyada LK D.O.O. (LTD) şirkətini həyat yoldaşının adına təsis edib, üstəlik Pula şəhərində o dövr üçün 1 milyon avro dəyərində olan "Amfiteatr" hotelini alıb.
2012-ci ildən Litvanın daşınmaz əmlak sektorunda fəaliyyət göstərən “TRIAT EXIRE” UAB (LTD, qeydiyyat nömrəsi 302521161) şirkəti də Lalə Kazımovanın adına qeydiyyata alınıb. Şirkətin təkcə əmlakların icarəyə verilməsindən gələn illik qazancı 400 min dollardan çoxdur.
Araşdırmamız nəticəsində məlum olub ki, Qarayevlərin Maltada qeydiyyatdan keçmiş üç şirkəti – “GREEN FARMS INTERNATIONAL LTD”, “A&S LIMITED”, “ADİNOTEC LTD” – var. Bu şirkətlərin illik dövriyyəsi milyonlarla avro həcmindədir.
Oğurlanmış eksponatlar
Sabiq nazir Əbülfəs Qarayevin adı yalnız çoxsaylı bizneslər və korrupsiya əməllərində hallanmır. Onunla bağlı daha bir dəhşətli iddia mövcuddur. Bizim.Media-nın əldə etdiyi məlumata görə, Azərbaycanın muzeylərindən oğurlanmış çoxlu sayda qiymətli eksponatın qaçaqmalçılıqla xaricə aparılaraq satılmasında Əbülfəs Qarayevin də birbaşa iştirak etdiyi iddia olunur.
Əbülfəs Qarayev məsuliyyətdən necə yayındı?
Xatırladaq ki, 2020-ci ilin mayında – Əbülfəs Qarayevin vəzifəsindən azad edilməsi ərəfəsində Mədəniyyət Nazirliyində Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən əməliyyat-istintaq tədbirləri həyata keçirilib. İstintaq Mədəniyyət Nazirliyinin vəzifəli şəxslərinin öz səlahiyyətlərindən qəsdən qulluq mənafeyinə zidd olaraq istifadə edib cəmiyyətin və dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran çoxsaylı qanunazidd əməllərə yol vermələri ilə bağlı aparılıb.
Əməliyyat çərçivəsində Əbülfəs Qarayevin müavini Rafiq Bayramov, o cümlədən Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin sabiq rəisi Zakir Sultanov saxlanılıb.
Həmin dövrdə Əbülfəs Qarayev yalnız bəzi havadarları sayəsində məsuliyyətdən yayınmağı bacarsa da, bu gün vəziyyət fərqlidir.
Qanun qarşısında cavab verməyin vaxtıdır...
Bütün sadalanan faktlar və iddialar göstərir ki, Qarayevlərlə bağlı məsələ təkcə Suadın lentə aldığı filmin yaratdığı ictimai qınaqla məhdudlaşmır. Söhbət Əbülfəs Qarayevin uzun illər nazir olduğu dövrdəki qanunsuz əməllərindən, ailə üzvlərinin adı ilə bağlı olan bizneslərdən, ölkə daxilində və xaricində toplanmış var-dövlətdən gedir.
Ona görə də, yuxarıda qeyd olunan məqamları nəzərə alsaq, Əbülfəs Qarayevin nazirlik fəaliyyəti dövründəki maliyyə mənbələri, korrupsiya qalmaqalları və səslənən bütün ittihamlar hüquqi müstəvidə hərtərəfli, şəffaf və obyektiv şəkildə araşdırma tələb edir.
OXŞAR XƏBƏRLƏR

"Avropa filmləri başdan ayağa məgər "18+"dan ibarət deyil? - ""Məhsəti" filmi festivala buraxılmalıdır"
Əbülfəs Qarayevin qızının filminə qadağa qoyuldu - Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib
Məhsəti Gəncəvini əxlaqsız çıxaran eks-nazirin qızı kimdir?
“Dünən “yumurtadan” çıxıb, Məhsətiyə “erotik” ləkə yaxanlar...”
Şeyx Suadı məhkəməyə verənləri qınadı
Əbülfəs Qarayevin qızı: Sevgi, şərab, həzz haqqında gözəl şeirlər yazmış Məhsəti...
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Əbülfəs Qarayevin qızı bəyanat yaydı - Üzr istədi
Qalmaqal yaradacaq sözlər: “Məhsəti Gəncədə pis mənada tanınırdı”
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55