Qalmaqal yaradacaq sözlər: “Məhsəti Gəncədə pis mənada tanınırdı”
Bir nəfər film çəkir, bəyənən də olur, bəyənməyən də. Bəyənməyənlər səlahiyyətli məmurlar isə, filmi qoyurlar rəfə, ekranlara buraxmır, müzakirəyə çıxarmırlar. Əvvəllər belə olub. Ədalət naminə baxıram ki, internet saytlarında yeni çəkilən filmdən və mübahisə obyektindən xəbəri olmayanlar düşüblər meydana, daxili mədəniyyətlərinin miqyasıyca leksikonlarındakı bütün qara enerjili sözləri xanım rejissorun ünvanına yazırlar. Bununla kifayətlənmir, hətta onun şəxsi həyatı, şəcərəsi və ailə məsələlərini də hədəfə alırlar. Camaatımızdan bir qismin elmsiz, zəkasız, hətta tərbiyəsiz qaragüruha çevrilmə mexanizmi mənə çox ağır gəlir.
“Mömin mömin üçün güzgü yerindədir” fikri hədisi – şərifdə keçir. Ona görə də, mənə qarşı yönələn təhdid və təhqirlərin müəllifləri, mömin olmasalar da, əslində özlərinə xas cizgiləri “bədənnüma güzgü”də tamlıqla göstərirlər. Nəinki özləri, hətta genetik kodları, şəcərələri haqqında da üzdə olmayan geniş məlumatı verirlər. Əvvəla onu deyim ki, saytdakı sözlərim fars dilinə bələd olan hər bir şərqşünas üçün yenilik deyil, bunu tamamilə təsdiq edə bilərlər. Alman şərqşünas alimi Fritz Meier (1912- 1998) “Gözəl Məhsəti” monoqrafiyasında şairənin yüksək sənətkarlıqla yazdığı erotik şeirlərinin təhlilinə xeyli səhifə ayırıb. İslam sferasında bayağı olmayan, gözəl yazılan erotik şeirlər “bəhnamə” janrının tələblərinə uyğun olaraq, sənətkarlıq nümunəsi sayılır. Əbu Əli ibn Sinanın və Nəsirəddin Tusinin bəhnamələri məşhurdur. Şeyx Həkim Nizami “Xosrov və Şirin”, “Həft peykər” dastanlarında bəhnamənin tələblərindən geniş bəhrələnib.
Məhsəti haqqında təzkirələrdə bəzən bir-birini tamamlamayan kifayət qədər çox məlumat var. O, üç təxəllüs (Məhəsti, Mahəsti, Məhsitti), dörd adla (Munisə, Muniscə, Muniyaçə, Məhsitti xanım) tanınıb, biz ona ənənəvi olaraq “Məhsəti” deyirik.Əmir Əhməd, Sultan Səncər, Əmin Qorçi... bu adlar xanımın məşuqlarından bir neçəsidir. Fars ədəbiyyatının böyük klassiki Fərid əd-Din Əttar Sultan Səncərlə xanımın macəralarından yazıb. Şah və əyan məclislərini əyləndirən, buynuz dolusu şərab içən bu xanım əslən Xocənddəndir, Gəncəyə 20 yaşı olarkən anası ilə birgə gəlib, Bu barədə təzkirəçilərin dediklərilə razılaşan Məhəmmədəli Mollazadə Gəncəvi də yazıb.
Şeyx Həkim Nizami Gəncəvidən o, 22 yaş böyük idi, hicri-qəməri təqvimlə 576-cı ildə 88 yaşında dünyadan köçüb. “Xosrov və Şirin” dastanında “Dər tarixo sabiğeyi in nəzm” bəhsində Atabəyə ondan daha artıq iltifat görtərdiyi üçün Məhsəti barədə şeyx yazır:
Sittiyo Məshətira bər ğəzəlhaş
Şəbi səd gənc bəxşəm əz məsəlhaş.
(Sitti və Məshətinin qəzəllərinə bir gecədə, məsəlçün yüz xəzinə bağışlaram.) Yəni, onların bütün qələmə aldıqlarını mən bir gecədə yazaram. Şeyxin son dərəcə böyük diplomat ədəbiylə dediyi sözlər, heç kəsi aşağılamadan şahın qüdrətli şair axtarışında nəzərlərini özünə sarı yönəltməkdi.
Məhsəti özünün şəhraşubları ilə Gəncədə pis mənada tanınırdı. “Şəhəri çaxnaşdıran” mənasına gələn bu şeir şəkli, bir qayda olaraq, lətair sözlərsiz söylənməzdi. Məshəti ancaq fars dilində yazıb, rübaisində cəmi bir türk sözü ”para” (pul) olan nəzmini nəzərinizə çatdırıram. namus mücəssəməsi kimi tanıdılan, bu xanımın Feridun Nurzadənin tərtib və çap etdiyi “Məhsətinamə” adli divandakı 315 rubaisindən ancaq birisini göstərməklə məsələni çox uzatmıram.
Qofti ke, tora bəsi qəmxarə əst,
Bi rüşvəto parə əz toəm səd parə əst.
Gər rüşvət tələbe mara kun parə əst,
Vər parə tələb koni, məra kus parə əst.
(Dedin ki, qəmxarlığın yetər, Səndən rüşvətsiz yüz para almalıyam. Əgər rüşvət tələbindəsənsə mənim ... paradır.
Və para tələb etsən mənim... paradır.)
Nöqtələr qoyduğum sözlərin tərcüməsini yazmaq ayıbdır. Şairə bu föhş sözləri, təəssüf ki, ayıb bilməyib.
Məhsəti Gəncəvinin farsca yazan ilk şairə olmaq etibarıyla qələm ustadı kimi gözəl sənət nümunələri yaratması mübahisə doğurmur. Söhbət şəxsin bir ömür boyuca necə yaşaması, tarixin yaddaşında nə sayaq qalması üstündədir. Çox vaxt tərif və təltiflərin ünvanı çalpaşıq düşür, layiqlilər kölgədə qalır. Məhsəti Gəncəvinin yubileyi nəiki dünyanın aliqədr məclislərində keçirildi, hətta heykəlləri qoyuldu, adına Krım rəsədxanasının mərhum astronomu Çernıxın kəşf etdiyi astroidlərdən (kiçik planet) birinə şairənin adı verildi. Onunla bir yüzildə yaşayan dönməz, əyilməz, işıqlı böyük şəxsiyyət, söz ustadı Xaqani Şirvaninin yubileyi isə heç yerli miqyasda da qeyd olunmadı.
Yenisabah
OXŞAR XƏBƏRLƏR

"Avropa filmləri başdan ayağa məgər "18+"dan ibarət deyil? - ""Məhsəti" filmi festivala buraxılmalıdır"
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
“Dünən “yumurtadan” çıxıb, Məhsətiyə “erotik” ləkə yaxanlar...”
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Əbülfəs Qarayevin qızının filminə qadağa qoyuldu - Məhsəti Gəncəvini əxlaqsız kimi göstərib
Prezident yeni icra başçılarını qəbul etdi - Fotolar
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14