Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Salyan bazarında antisanitar vəziyyət - VİDEO

Salyan bazarında antisanitar vəziyyət - VİDEO

Salyan bazarında antisanitar vəziyyət - VİDEO
2025-12-17 , 09:33

Salyan rayonunda fəaliyyət göstərən ərzaq bazarında monitorinq aparılıb.

 
Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb.
 
Bildirilib ki, AQTA-nın nəzarət tədbiri zamanı bazarda ciddi nöqsanlar aşkarlanıb:
 
"Belə ki, bazarda turşu, mürəbbə, süd məhsulları və çiy toyuq ətinin antisanitar şəraitdə müvafiq sənədləri olmadan satışa çıxarıldığı məlum olub. Balıq məhsullarının, eləcə də ətin soyuducudan kənarda açıq şəkildə satıldığı müəyyən edilib.
 
Nəzarət tədbiri zamanı bazarın sanitar-gigiyenik və sanitar-texniki tələblərə cavab vermədiyi, qida məhsullarının saxlanılması, temperatur rejiminin gözlənilməsi üçün müvafiq avadanlıqlarla təmin olunmadığı aşkarlanıb.
 
Qeyd edək ki, ərzaq bazarlarında həyata keçirilən nəzarət tədbirlərinin əsas məqsədi əhalinin sağlamlığının qorunması və təhlükəsiz qida məhsulları ilə təminatıdır. Bu tələblərin icrası, eləcə də aşkarlanan nöqsanların aradan qaldırılması, bazarların sağlamlaşdırılması üzrə əsas məsuliyyət isə onların rəhbərlərinin üzərinə düşür".
 

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.