Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Payım” kolbasa istehsalçısı buna görə cərimələnə bilər – SƏBƏB

“Payım” kolbasa istehsalçısı buna görə cərimələnə bilər – SƏBƏB

“Payım” kolbasa istehsalçısı buna görə cərimələnə bilər – SƏBƏB
2025-12-22 , 18:01

2023-cü ilin martında AQTA tərəfindən “Qida təhlükəsizliyi qeydiyyatı” ləğv edilən “Payım” ticarət markası ilə kolbasa və sosiskalar istehsal edən “Al-Sana” MMC barəsində növbəti dəfə cərimə protokolu imzalanıb.

Tribuna.az xəbər verir ki, “Al-Sana” MMC inzibati Xətalar Məcəlləsinin 464-cü maddəsini popzub. Tələbi pozulan maddəyə əsasən, “Auditor xidməti haqqında” Azərbaycan Respublikasının Qanunu ilə nəzərdə tutulmuş hallarda həyata keçirilməli olan məcburi auditdən yayınmağa görə, vəzifəli şəxslər üç yüz manatdan altı yüz manatadək məbləğdə, hüquqi şəxslər min beş yüz manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.
“Al-Sana” MMC ilə bağlı iş baxılması üçün Yasamal rayon Məhkəməsinə göndərilib. İşə 25 dekabr tarixində hakim Rauf Daşdəmirovun sədrliyi ilə baxılacaq.
Qarşı tərəfi dinləməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.