Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “SOCAR Petroleum”da 1,2 milyardlıq müəmma: Abdulla Tağıyev Londondadır

“SOCAR Petroleum”da 1,2 milyardlıq müəmma: Abdulla Tağıyev Londondadır

“SOCAR Petroleum”da 1,2 milyardlıq müəmma: Abdulla Tağıyev Londondadır
2025-12-28 , 14:58

Bir müddət əvvəl “SOCAR Petroleum” QSC-nin baş direktoru vəzifəsindən azad edilən Abdulla Tağıyevlə bağlı yeni və diqqətçəkən məlumatlar üzə çıxıb.

Yenilik.az “Unikal”a istinadən xəbər verir ki, A.Tağıyev hazırda Böyük Britaniyanın paytaxtı London şəhərindədir.  “SOCAR Petroleum”da 1 milyard 200 milyon manatlıq vəsaitin taleyi məhz onun rəhbərlik etdiyi dövrdən sonra sual altına düşüb.
Sözügedən maliyyə axını məhz Abdulla Tağıyevin rəhbərlik etdiyi illərə təsadüf edir və həmin vəsaitin hansı istiqamətlərə yönəldildiyi ciddi suallar doğurur.
 
Xatırladaq ki, Abdulla Tağıyev iqtisadiyyat naziri Mikayıl Cabbarova yaxın şəxs kimi tanınır. O, M. Cabbarovun həm Təhsil Nazirliyində, həm də Vergilər Nazirliyində fəaliyyət göstərdiyi dövrdə müşavir vəzifəsində çalışıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.