Zakir Qaralovun adı Gürcüstandakı körpü qalmaqalında
Gürcüstanda Rioni çayı üzərində inşa edilən körpünün uçması ilə bağlı açılmış cinayət işi üzrə prokurorluq yeni ittihamlar irəli sürüb. Təqsirləndirilən şəxslər arasında Gürcüstan Avtomobil Yolları Departamentinin sədrinin keçmiş müavini Levan Kupataşvili ilə yanaşı, Azərbaycanın “Akkord” tikinti şirkətinin direktoru da yer alır.
Jurnalist qeyd edir ki, tikinti meydançasında heç vaxt olmayan beynəlxalq ekspert tikinti şirkətinin nümayəndələri tərəfindən hazırlanmış saxta sənədlərə imza atıb. Həmin sənədlər o zamankı sədr müavini Levan Kupataşvilinin imzası ilə də rəsmiləşdirilib. Bu aktlar əsasında guya görülmüş işlərə görə 1 milyon 172 min 539 lari vəsait köçürülüb.
Prokurorluğun açıqlamasına əsasən, layihəni icra edən şirkət yerinə yetirilməmiş və keyfiyyətsiz işlərə görə dələduzluq yolu ilə 3 milyon 859 min 678 lari mənimsəyib. Nəticədə körpü uçub. Sonradan aparılan bərpa işlərinə əlavə olaraq 12 milyon laridən artıq vəsait xərclənib. Beləliklə, dövlət büdcəsinə dəymiş ümumi zərər 16 milyon larini ötüb.
Prokurorluq bütün təqsirləndirilən şəxslər barəsində həbs qətimkan tədbirinin seçilməsi üçün məhkəməyə müraciət edəcəyini bildirib. İstintaq davam edir, digər şirkətlərin və vəzifəli şəxslərin mümkün cinayət əməlləri də araşdırılır.
“Akkord” şirkətlər qrupu 2000-ci illərin ortalarından etibarən Azərbaycanın ən iri tikinti brendlərindən biri kimi tanınıb. Media mənbələri və bəzi iqtisadçılar şirkətin sabiq baş prokuror Zakir Qaralovun ailəsinə məxsus biznes strukturu olduğunu iddia edirlər. Rəsmi sənədlərdə Qaralovun birbaşa pay sahibliyi göstərilməsə də, keçmişdə ona yaxın şəxslər vasitəsilə şirkətə dolayı nəzarət etdiyi bildirilir.
Qeyd edək ki, Zakir Qaralov 2020-ci ildə baş prokuror vəzifəsindən azad edilib və hazırda heç bir dövlət postu tutmur. Bununla belə, ekspertlər onun “köhnə təsir dairəsinin” hələ də tam aradan qalxmadığını düşünürlər.
İqtisadçı Natiq Cəfərli Musavat.com-a açıqlamasında bildirib ki, onun məlumatına görə, Zakir Qaralovun şirkətdəki payı hazırda çox kiçikdir:
“Sabiq baş prokurorun şirkətdə payı minimal səviyyədədir. Keçmiş layihələrlə bağlı məsuliyyət onun və ətrafındakı şəxslərin üzərində qala bilər. Ancaq son illər ‘Akkord’ başqa şəxslər və ya qruplar tərəfindən nəzarətə götürülüb. Şirkətin idarəçiliyində artıq fərqli maraqlar var”.
N.Cəfərli qeyd edib ki, “Akkord”un Balkan yarımadasında da iri layihə qazanması bu dəyişikliklərin göstəricisidir:
“Zakir Qaralovun bu miqyasda beynəlxalq layihələrdə iştirak edəcək təsir gücündə olduğunu düşünmürəm. Hazırda şirkətin arxasında başqa biznes maraqları dayanır. Azərbaycan qanunvericiliyində kommersiya müəssisələrinin təsisçiləri ilə bağlı məlumatların gizli saxlanılması şəffaflığa ciddi maneə yaradır”.
“Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC-nin yenidən biznes sferasında aktivləşdiyi də diqqət çəkir. Musavat.com-un məlumatına görə, ötən il 14,9 milyon manat vergi borcu ilə gündəmə gələn şirkətin borcu artıq sıfırlanıb. Bu fakt “Akkord”un yenidən dirçəlməsi ilə bağlı iddiaların əsassız olmadığını göstərir.
Şirkət 2005-ci ildə qeydiyyata alınıb, nizamnamə kapitalı 83 milyon 259 min 750 manatdır. Qanuni təmsilçi Ayhan Keskinkılıçdır. İki il əvvəl ASC-nin Müşahidə Şurası tam tərkibdə dəyişdirilib. Malik Məmmədov sədr seçilib, Müslüm Mürsəlov və Tofiq İsayev üzv olub.
Media “Akkord”un faktiki sahibi kimi uzun illər Zakir Qaralovun adını çəkir.
Gununsesi.info yazır ki, Müslüm Mürsəlov şirkət rəhbərliyinə məhz Qaralovun təşəbbüsü ilə gətirilib. Saytın iddiasına görə, “Akkord”un dirçəldilməsi işğaldan azad edilmiş ərazilərdə aparılan yenidənqurma və tikinti layihələri ilə bağlıdır və şirkət bu prosesdə pay sahibi olmağa çalışır.
Onlarla məhkəmə işi
Bir müddət əvvəl “Akkord” kütləvi şəkildə məhkəməyə verilib. İddiaçılar arasında “Azərbaycan Beynəlxalq Bankı” ASC, “Azəriqaz” İB, “Texnikabank” ASC, “Azturmak” MMC, Dövlət Radiotezliklər İdarəsi, “Zəyəm Texnologiyaları” ASC, “Aqrarkredit” QSC kimi qurumlar da olub. Ümumilikdə şirkətə qarşı 43 iddia qaldırıldığı, hətta işçilərin də iddiaçı qismində çıxış etdiyi bildirilir.
Görünən odur ki, hazırda Müslüm Mürsəlov məhz bu problemlərin aradan qaldırılması və şirkətin yenidən mövqelərinin bərpası ilə məşğuldur.
Musavat.com
OXŞAR XƏBƏRLƏR

Zakir Qaralovun vergi borcu ilə bağlı rəsmi açıqlama - Şirkətlərin çoxu əl dəyişib
Ən stajlı icra başçıları - İlk “20-lik” - SİYAHI
Hüquq islahatları kontekstində səmərəlilik və müasir inkişaf mexanizmi
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55