Zakir Qaralovun vergi borcu ilə bağlı rəsmi açıqlama - Şirkətlərin çoxu əl dəyişib
“Akkord Şirkətlər Qrupu” vergi borcları ilə bağlı mətbuatda yayılan məlumatlara aydınlıq gətirib.
Məlumata görə, hazırda Akkord Şirkətlər Qrupuna “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC, “Akkord Nəqliyyat” MMC, “Hydraulic Mechanisms Company” MMC, “Akkord Hydrotechnical Construction Company” MMC və “Akkord General Construction” MMC daxildir.
Bildirilir ki, mediada adı hallanan digər müəssisələr artıq uzun müddətdir Akkord Şirkətlər Qrupunun təşkilati-idarəetmə strukturuna daxil deyil. Həmin müəssisələrlə “Akkord” korporasiyasının heç bir iqtisadi və hüquqi bağlılığı yoxdur və bu şirkətlər Akkord brendi altında fəaliyyət göstərmirlər.
Açıqlamada qeyd olunur ki, hazırda “Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyası” ASC və “Akkord Nəqliyyat” MMC-nin vergi üzrə borcu mövcud deyil:
“Hydraulic Mechanisms Company” MMC-nin vergilər üzrə 172 min manat borcu var və bu borcun ödənilməsi istiqamətində Dövlət Vergi Xidməti ilə şirkət arasında qarşılıqlı əməkdaşlıq davam etdirilir. Bildirilir ki, borcun bu ilin sonuna qədər tam ödənilməsi nəzərdə tutulur.
Yuxarıda adları çəkilən müəssisələrdən “Akkord Hydrotechnical Construction Company” MMC-nin də vergilər üzrə borcu mövcuddur. Açıqlamada bu borcun yaranma səbəbi kimi, şirkətin “Su Ehtiyatları Agentliyi” (Azərsu ASC-nin hüquqi varisi) tərəfindən görülmüş işlərə görə xeyli miqdarda debitor borcun ödənilməməsi göstərilir. Məsələnin həlli istiqamətində Dövlət Vergi Xidməti, “Azərsu” ASC və müəssisə arasında birgə fəaliyyət davam edir.
Şirkətin bu açıqlamasından sonra rəsmi mənbələrdə adı çəkilən şirkətlərin vergi borcları ilə bağlı dəqiqləşdirmə apardıq.
Rəsmi mənbələrə əsasən, “Hydraulic Mechanisms Company” MMC-nin vergi borcu açıqlamada qeyd olunduğu kimi 172 min manat deyil, 184 min manatdır.
“Akkord Hydrotechnical Construction Company” MMC-nin vergilər üzrə borcu isə 1 milyon 119 min manat təşkil edir.
Qeyd edək ki, “Akkord Korporasiyası” ASC keçmiş Baş prokuror Zakir Qaralova məxsusdur. ASC-yə daxil olan müəssisələrin sayı vaxtilə 20-dən çox olub. Rəsmi açıqlamadan aydın olur ki, bu müəssisələrin əksəriyyəti artıq əl dəyişdirib və hazırda ASC-nin nəzdində 4 müəssisə fəaliyyət göstərir.
Mətbuatda yer alan məlumatlarda “Akkord Korporasiyası”na məxsus şirkətlərin ümumilikdə 5 milyon manata yaxın vergi borcunun olduğu bildirilirdi. Lakin həmin müəssisələrin çoxunun “Akkord Korporasiyası”ndan ayrıldığı barədə rəsmi açıqlama verilməmişdi.
Onu da qeyd etmək lazımdır ki, bu müəssisələr “Akkord Korporasiyası”ndan ayrılsa da, vergiyə olan borcları hələ də ödənilməmiş qalır.
Zakir Qaralovun nəzarətində olan müəssisələrin bu günə olan ümumi vergi borcu isə 1 milyon 300 min manat təşkil edir.
OXŞAR XƏBƏRLƏR

“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
“VESTA Construction” MMC VƏTƏNDAŞLARIN MƏNZİLLƏRİNİ NİYƏ TƏHVİL VERMİR?
50 milyondan çox pulu Azərbaycana qaytarmayan kimdir? - İlham Abbasov yoxsa... TƏFƏRRÜAT
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12