Deputatdan İLGİNC AÇIQLAMALAR: Azərbaycanın iştirakı olmadan...
Avropa Şurası Parlament Assambleyasının (AŞPA) 2026-cı il qış sessiyası yanvarın 26-dan 30-dək Strasburqda keçiriləcək.
Hubiqin “beynəlxalq ədalət sisteminin qorunması” mövzusunda cari məsələlər üzrə debat çərçivəsində çıxış etməsi gözlənilir.
İlin ilk sessiyasında Avropa Şurasına üzv dövlətlərin deputat qruplarının mandatı yenidən təsdiqlənəcək. 2024-cü ilin yanvarından etibarən AŞPA-nın fəaliyyətindən kənarda qalan Azərbaycan nümayəndə heyəti budəfəki sessiyaya da qatılmayacaq.
Azərbaycan AŞPA-nı ölkəmizə qarşı qərəzli mövqe sərgiləməkdə ittiham edib.
Bir müddət öncə Milli Məclisin komitə sədri və Azərbaycan nümayəndə heyətinə rəhbərlik etmiş Səməd Seyidov Gününsesi.info-a bildirmişdi ki, Azərbaycana münasibət dəyişmədiyi üçün 2026-cı ilin sessiyasına getməyi düşünmürlər. Sitat: “Biz Avropa Şurasının üzvüyük. Qurumun digər strukturlarının işində iştirak edirik. Amma AŞPA-da fəaliyyətimiz yoxdur. Bunun da günahını AŞPA-da axtarmaq lazımdır. AŞPA bu gün Avropa Şurasının baş katibinin iradəsinin əleyhinə çalışır”.
Təəccüblüsü budur ki, AŞPA uzun illər Azərbaycan torpaqlarını işğal altında saxlayan, hətta Sərsəng su anbarı ilə bağlı Strasburqda qəbul olunmuş qətnaməyə məhəl qoymayan Ermənistana yüksək tribuna verdiyi halda, ölkəmizə qarşı qərəzli mövqe sərgiləyir. Üstəlik, belə münasibət Avropa İttifaqı, Avropa Parlamenti kimi qurumlara da Azərbaycana qarşı ikili standartlarla yanaşmaqdan ötrü stimulverici amilə çevrilir.
AŞPA rəhbərliyinin ötən il Azərbaycan Prezidenti ilə görüşü normal atmosferdə keçdi. Amma nədənsə biz bu atmosferi AŞPA-nın Azərbaycana münasibətində sezmirik. Ya qurumda rəhbərliyin iradəsinə zidd proseslər baş verir, ya da başqa səbəblər var...
Milli Məclisin deputatı, siyasi elmlər doktoru Rizvan Nəbiyev bu mövzu ilə əlaqədar Musavat.com-un suallarını cavablandırıb.
- Rizvan bəy, Azərbaycan üçüncü ildir ki, AŞPA-nın sessiyalarına qatılmır. Münasibətlərin perspektivini necə görürsünüz?
- Azərbaycan Respublikasının 2023-cü ilin sentyabrında həyata keçirdiyi qısamüddətli və lokal xarakterli antiterror tədbirləri nəticəsində dövlətimizin beynəlxalq tanınmış sərhədləri çərçivəsində suveren nəzarəti tam şəkildə bərpa edildi. Beynəlxalq hüququn prinsiplərinin bərpasını təqdir etmək, sülhün və təhlükəsizliyin bərpasına verilən töhfəni dəstəkləmək əvəzinə AŞPA-da əksər qüvvələr Azərbaycana münasibətdə növbəti dəfə ikili standartlar və qərəzdən qaynaqlanan mövqe nümayiş etdirdi. Bu səbəbdən Avropa Şurası Parlament Assambleyasının 12 oktyabr 2023-cü il tarixdə qəbul etdiyi 2517 (2023) saylı qətnaməsi və 2260 (2023) saylı tövsiyəsi Avropa Şurasının əsas qərar və sənədləri ilə ziddiyyət təşkil edir. Ona görə də Azərbaycan bu qətnaməni və tövsiyəni şiddətlə qınadı və qətiyyətlə rədd etdi. AŞPA tərəfindən Avropa Şurasının mexanizmlərinin Azərbaycana qarşı alətə çevrilməsi qeyri-konstruktiv addımdır və Azərbaycan-Ermənistan postmüharibə dövrünün normallaşması üçün də müsbət heç nə vəd etmir. Ötən il ərzində baş verən hadisələr də bunu bir daha təsdiqlədi. Avropa Şurası Parlament Assambleyasında proseslər hüquqi çərçivədən çox siyasi konyuktura və müəyyən qüvvələrin geosiyasi maraqlarına uyğun gündəm ilə idarə olunur. Bəzi qruplar AŞPA-nı “üzv dövlətlərə qarşı hücum platforması kimi” istifadə edir. Bu səbəbdən Azərbaycan tərəfi AŞPA-da Azərbaycan nümayəndə heyətinin etimadnaməsinin ratifikasiya edilməməsini əsaslı olaraq “qərəzli kampaniyanın bir hissəsi” kimi qiymətləndirdi.
Azərbaycan nümayəndə heyəti bu qərara qarşı haqlı etirazını bildirərək fəaliyyətini qeyri-müəyyən müddətə dayandırdı.
- Sessiyanın gündəliyi açıqlanıb, amma istisna deyil ki, gedişatda digər məsələlər də önə çıxarılsın, əlavələr edilsin. Qış sessiyasından gözləntiləriniz necədir, Azərbaycanın olmadığı platformada onunla bağlı müzakirələrin aparılması mümkündürmü?
- Azərbaycan nümayəndə heyətinin iştirakı olmadan 2026-cı ildə formalaşan gündəm dialoqa deyil, təzyiqə hesablanıb. Assambleyada Azərbaycanla bağlı formalaşmış yanaşma hələ də dəyişməyib və proseslər hüquqi obyektivlikdən daha çox siyasi mövqelər üzərindən qurulur. Sessiyanın 2026-cı il qış gündəliyində “beynəlxalq ədalət sisteminin qorunması” mövzusunun önə çəkilməsi fonunda Azərbaycana qarşı ittihamlar irəli sürülərsə, bu, ancaq açıq ikili standartın davamı olacaq. Azərbaycanın iştirakı olmadan onunla bağlı müzakirələrin aparılması nə siyasi dialoqa, nə də regional sabitliyə xidmət edir. Əksinə, bu yanaşma Avropa Şurasının da balanslaşdırıcı rolunu zəiflədir, qurumun etibarlılığına xələl gətirir və Azərbaycan-AŞPA əməkdaşlığının normal formatını pozur.
- Avropa Siyasi Birliyinin Zirvə toplantısı 2028-ci ildə Azərbaycanda keçiriləcək. Amma bu ərəfədə AŞPA, Avropa İttifaqı və digər qurumların qərəzli münasibəti ilə üz-üzəyik. Bu münasibətlər nə vəd edir? AŞPA-ya qayıdışımız mümkündürmü?
- Avropa Parlamentində müşahidə olunan qərəzli xəttin AŞPA-da da davam etdirilməsi onu göstərir ki, məsələ təkcə Parlament Assambleyası çərçivəsi ilə məhdudlaşmır və daha geniş siyasi koordinasiyanın tərkib hissəsidir. Bu şəraitdə AŞPA çərçivəsində münasibətlərin yaxın perspektivdə normallaşması heç də asan görsənmir. AŞPA siyasi qərəzdən imtina edib obyektiv yanaşmaya qayıdacağı halda, etimadın bərpası, münasibətlərin normallaşması və Azərbaycanın AŞPA-da iştirakı məsələsi yenidən gündəmə gələ bilər.
OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva Omandadır – Fotolar
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14