Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Medera Hospital”da tibb təhsili olmayanlar həkimlik edirmiş – MƏHKƏMƏ

“Medera Hospital”da tibb təhsili olmayanlar həkimlik edirmiş – MƏHKƏMƏ

“Medera Hospital”da tibb təhsili olmayanlar həkimlik edirmiş – MƏHKƏMƏ
2026-01-08 , 16:19

Ölkənin tanınmış özəl klinikalarından olan “Medera Hospital” tibb təhsili olmayan şəxsləri işə götürdüyü üçün cərimələnə bilər.

Tribuna.az xəbər verir ki, aparılan yoxlama zamanı sözügedən klinikanın İnzibati Xərtalar Məcəlləsinin sanitariya-gigiyena və sanitariya-epidemioloji sağlamlıq qaydaları əleyhinə olan 215.4-cü maddəsini pozduğu məlum olub.
Belə ki, tələbi pozulan maddəyə əsasən, ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə, vəzifəli şəxslər səkkiz yüz manatdan min manatadək məbləğdə, hüquqi şəxslər altı min manatdan səkkiz min manatadək məbləğdə cərimə edilir.
“Medera Hospital”la bağlı iş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. İşə 19 yanvar tarxində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, cərimələnməsi gözlənilən “Medera Hospital”ın direktoru radioloq İbrahim Əliyevdir.
Xatırladaq ki, sözügedən klinika İXM-nin bu maddəsini dəfələrlə pozub və barəsində cərimə protokolu tərtib edilib.
Qarşı tərəfi dinləməyə hazırıq.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.