Papağa görə tənqid edilən Təvəkkül Səlimov: "Ev-eşiyimdə dirsəkdən yuxarı geyinən yoxdur, indi qadınlar efirə xalat geyinib çıxırlar...”
Tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimov "Aktual gündəm" verilişində "papaq azərbaycanlıların namusu, qeyrətidir" deməsinin tənqidlə qarşılanmasına münasibət bildirib.
Professor Pravda.az-a açıqlamasında deyib ki, məsələyə müxtəlif cür yanaşmalar var.
O hesab edir ki, papaq kişilik nişanəsidir: “Başqa cür necə qəbul edirlərsə, etsinlər. Burda namus, qeyrət söhbəti var. Kim papağı kişilik kimi qəbul etmirsə, elə onun özü “o sözdür”. Demişəm, sözümün də üstündə dayanıram. Söhbət kişilərdən gedir, xüsusilə kənd kişilərindən soruşsanız, deyəcəklər ki, Təvəkkül müəllim yüzdə yüz düz deyir. Burda heç bir marağım yoxdur. Papaqçı deyiləm, oğlum da papaq tikən deyil. Kişinin başında papaq olanda ağlı da başında olur. Bu, mənim əqidəmdir. Nəyi pisdir ki, bəy gəlinin yanında oturanda o papaqdan birini başına qoysun. Onun nəyi əksilir? Şəxsiyyəti alçalır? Dədə-babalarımız min illər boyu papaq qoyublar, namus, qeyrət çəkməyiblər? Hazırda televiziyalarda yayımlanan verilişlərin hamısını dənizə tulla... Küçədən keçən qızları nə vaxta qədər efirə dəvət edərlər? Azərbaycanın milli mentaliteti, adət-ənənəsi var. Niyə bunu qorumayaq? Niyə küçə qadını efirdə deməlidir ki, ərimə xəyanət eləmişəm, əcəb eləmişəm. Daş düşsün sənin başına... Səni ora buraxanın da başına daş düşsün. Dünən Tolik (aparıcı Tarix Əliyev) kimi adam zəng edib verilişlərdən birinə, qızı tənqid edir ki, bu nə geyimdir, efirə gəlmisən. Görün nə günə düşmüşük. Tolik... Bir adam ki papağı bəyənmir, o nə adamdır? İllərdir, toylar barədə yazıram, indi efirdə dindarlar gəlib mənimlə söhbət edirlər. Yalançı dindarlar. Elşad Miri elə danışır ki, elə bil, "Quran"ı bu yazıb, bundan başqa heç kim "Quran"dan danışa bilməz. Beş-altı ayə əzbərləyib, efirə hansı xətlə gəlir, kim onu buraxır, bunları da bilirik. Mən 20 il bundan əvvəl "Quran"ın bir ayəsinə bir kitab yazmışam. İndi Elşad Miri ortaya çıxıb, heç kimi bəyənmir. Əvvəllər deyərdilər, "papaq altında elə kişilər yatır ki, xəbəriniz yoxdur..." Qəbul etmirlər, çünki kənardan təsirlər var. Deyirlər ki, Azərbaycanın mental düşüncəsini dağıdın, adət-ənənələrimizi məhv edin. Deyirlər ki, niyə Təvəkkül Səlimov özü papaq taxmır? Bu nə məntiqsizlikdir? Bu nə cüvəllağılıqdır? Televiziyanın öz qayda-qanunu, ədəb-ərkanı var. Efirə gələnlər heç özlərini aparmaq qaydasını bilmirlər. Qadınlar yataq otağında xalat geyinər. Bunlar efirə xalatda çıxırlar. Yanvar ayıdır, paltar çiyninin üstündəndir, qoltuğu bayırda qalıb. Nənəm deyərdi ki, qadının qoltuğu göründü, vəssalam... Mənim ev-eşiyimdə, qohum-qardaşımda dirsəkdən yuxarı geyinən yoxdur. Kim geyinirsə, geyinsin, ancaq abır-həyanı gözləmək lazımdır. "Sən niyə papaq qoymamısan?" Əcəb edib qoymamışam. Mən deyirəm ki, bəy gəlinin yanında oturanda papaq qoysun. Bəy onda kişilik statusu qazanır. Demirəm ki, Azərbaycan kişiləri bir ucdan hamısı papaq qoysunlar”.
OXŞAR XƏBƏRLƏR

Azərbaycanda sosial müavinətlər artırıldı (FƏRMAN)
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14