Bu baxçada uşaqlara meyvə və ət verilmir? — Direktor danışdı (VİDEO)
Bakı şəhəri, Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Sergey Yesenin küçəsində yerləşən “İnci” körpələr evi-uşaq bağçasında baş verən özbaşınalıqlarla bağlı valideynlər tərəfindən redaksiyamıza şikayət ünvanlanıb.
Eyni zamanda, şikayətdə qeyd olunur ki, 1-cə dəfə verilən şorbanın içində su və kartof olur. Ət dadı gəlsin deyə də yəqin ki, “qalina blanka” əlavə edirlər. Uşaqlara normal meyvə verilmir.
Bundan əlavə, iddiaya əsasən, bağçaya dövlət tərəfindən ayrılan qidalar bağça rəhbərliyi tərəfindən maşınlarla özləri üçün daşınır.
Bu gün bir çox bağçada oxşar problem olan, ən vacib məqamlardan birinə də toxunan valideynlər əlavə ediblər ki, əgər bağça dövlətindirsə, ölkəmizin rəhbəri var, cənab prezidentimizin ayırdığı vəsaitlə bütün bağçalara maliyyə ayırıldığı halda, nəyə görə hər uşaqdan 40 manat pul alınır? Uşaqların payı oğurlanır. Onlar pulsuz getməli olduğu bağçaya pul ödəyirlər.
Məsələ ilə bağlı Tribuna.az-a açıqlama verən “İnci” körpələr evi-uşaq bağçasının direktoru Rəvanə Ağayeva yeməklərlə bağlı iddialara toxunaraq bildirib ki, yeməklər bizə həftəlik gəlir və gündəlik də paylanılır. Bunun daşınması mümkün deyil. Çünki bizim bağçamız elə yerdə yerləşir ki, 4 korpusun, arasından biz bir çöp də çıxara bilmərik. Səhərlər uşaqlara kəsmik və yumurta verilir. Sıyıq isə hər gün var. Çünki bu menyunu təhsil tərtib edir. Ancaq yeməklər qramı ilə verilir. Məsələn, hərəyə bir peraşki təşkil olunur. Doymayan uşağa mən ikinci peraşkini verə bilmərəm. Mən qramdan kənara çıxa bilmərəm. Ola bilər ki, həmin uşaq evdə gedib deyir ki, “mən doymadım”. Sırağa gün uşaqlar katlet yeyib, birinci gün isə küftə yeyiblər. Axşama balqabaqla düyü olur. Hətta makaronu azaldıblar. Çünki makaron uşaqların inkişafı üçün ziyandır. Meyvəyə gəldikdə isə, banan və alma olur. Mən kənardan meyvə və digər ərzaqların uşaqlara valideynlər tərəfindən verilməsinə icazə vermirəm. Çünki digər uşaqların nəfsi çəkə bilər. Bəlkə birinin imkanı yoxdur. Onu valideyn evində uşağına versin. Mənim nədənsə çəkinəcəyim olsa, sizi bağçaya dəvət etməzdim. 15 ildir burada direktor vəzifəsində çalışıram. 1995-ci ildən də burada müəllimə işləyirəm.
Ödəniş məsələsinə də toxunan direktor qeyd edib:
“Düzdür, dövlət baxçasıdır. Amma biz valideynləri buna məcbur etmirik. Öz də 40 manat yox, hərdən, valideynlərin istəyi ilə bayramlarda 20 manat pul ödənilir. Mən sizdən nə gizlədim. Hərdən biz 20 manat istəyirik. Çünki valideynlər istəmir ki, geyinilmiş paltarı, keçən il biri geyinir, o biri il digəri. Həmin ödəniş buna görə də yığılır. Valideynlərin istəyindən asılı olaraq.”
Direktor əlavə edib ki, bağçada “açıq qapı” günləri olur. Valideynlər gəlib iştirak edə bilir.
Dəniz Pənahova
OXŞAR XƏBƏRLƏR

Arzu Əliyeva uşaqları belə sevindirdi – Fotolar
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi
Leyla Əliyeva Omandadır – Fotolar
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi – Fotolar
“Elit tort ləvazimatları” körpələr üçün vaxtı keçmiş şokalad satır — FOTO
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Bu marketdə saxta araqlar satılırmış – FOTOLAR
İlham Əliyev Ağdərədə vətəndaşın evində oldu – FOTOLAR
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Nəsimi rayonundakı yaşıllıqlar təhlükədə… “İcazəni kim verib bunlara?” – Memar
“Bakcell”in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub – FOTOLAR
"SMS yazıb ki, dilini boğazından çıxararam" - Müəllim direktoru niyə hədələyib?
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55