Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi

Qoca Səmədovun oğlu Yevlaxda adam güllələdi
2026-01-16 , 17:27

Bu gün Yevlaxda silahlı insident baş verib.

Yenilik.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, hadisə zamanı 39 yaşlı Zaur Səmədov qeydiyyatda olan ov tüfəngi ilə xuliqanlıq zəminində 46 yaşlı tanışının ayaq nahiyəsinə xəsarət yetirib.
Z.Səmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Faktla bağlı Yevlax Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.
Əldə etdiyimiz digər məlumata görə, Zaur Səmədov Yevlaxın sabiq icra başçısı Qoca Səmədovun oğludur.
Xatırladaq ki, 2019-cu ildə həbs edilən Q.Səmədov vaxtından əvvəl şərti azadlığa buraxılmış və səhhətindəki problemlər səbəbindən 2023-cü ildə vəfat etmişdi.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.