“Bona Dea” QALMAQALI – hüquqşünas deyir ki…
Tanınmış vəkil, beynəlxalq hüquq üzrə professor Fərhad Mehdiyev “Liv Bona Dea” hospitalından şikayətçi olan Nigar Köçərlinin düşdüyü vəziyyəti hüquqşünas olaraq qiymətləndirib. F. Mehdiyev bildirib ki, Azərbaycan xəstəxanalarında tibbi səhlənkarlığı sənədləşdirmək və sübut toplamaq olduqca çətindir:

“Əgər həkim səhvi çox açıqdırsa, məsələn sağ ayaq yerinə sol ayağı kəsibsə, bunu etmək bəlkə də mümkündür. Amma deyək ki, qan durulducu vurulmadığına görə xəstədə tromblaşma meydana gələrək o vəfat edərsə, bu problemin məhkəmə müstəvisinə çıxarılmasında çətinliklər var, və bunlar da sistematikdir.
Əvvəlcə onu qeyd edək ki, xəstəlik tarixçəsi günlük və elektron hökümət sisteminə vurulmadığı və həmin resursda da hər kəsə açıq olmadığı müddətcə, onu post-faktum dəyişdirmək və saxtalaşdırmaq çətin deyil.
Vəkil sorğusuna xəstəlik tarixçəsini vermirlər, yubadırlar. Həmin müddət ərzində də ora hansı müdaxilələr olur, bilmək çətindir.
Tibbi Ekspertiza məsələsində ciddi çətinliklər yaşayırıq.

Ekspertlərə xəstəlik tarixçəsindən başqa tərəflər fakt təqdim edə bilmir, mübahisə tərəfi ekspertə sual ünvanlaya bilsə də, işin içində olan MRT diskinin ekspert tərəfindən nəzərə almamasına ancaq məhkəmə nəzarəti qaydasında müdaxilə etməyə cəhd edir.
Siz Klivlend xəstəxanasından mütəxəssis rəyi təqdim etsəniz də, naməlum ekspertin verdiyi rəy həmin Klivlend rəyindən üstün tutulur.
Ölkəmizdə həkim camiası bir-birini tanıyır. Elə sahələr var ki, mütəxəssis sayı azdır və onlar digər kolleqasını ittiham edəcək rəy vermək istəmirlər”.
F. Mehdiyev bildirib ki, vətəndaşlara çağırışım odur ki, nə qədər ki smartfonlar var, xoşa gəlməz prosesləri smartfona çəksinlər:
“Saatını və yerini şifahi şəkildə qeyd etmək şərtilə.
Xəstənin ölməsi halında mütləq qaydada autopsiya (meyidin yarılması) aparılmalıdır.
Hansısa mənasız inanca və adət-ənənəyə görə öz hüquqlarınızı təhlükəyə atmayın.
Bir başqa məsələ tibbi səhlənkarlıq məsələlərində məsuliyyət barəsindədir. Şəxsi qənaətim odur ki, həkimin ağır təqsiri (culpa lata/reklessness) olmadığı müddətcə, belə hallarda həkim və xəstəxananın məsuliyyəti delikt məsuliyyəti ilə məhdudlaşdırılmalıdır. Məhkəmələr də öz növbəsində bu məsələlərdə ekspert rəyinə məhkum olmadan daha sərbəst formada öz qərarlarını verə bilməlidirlər.
Pasiyent xəstəxana ilə imzalanan müqaviləyə müdaxilə edə bilmir, odur ki, xəstəxana xeyrinə olan müqavilə şərtlərindən adətən istifadə etmək olmur.
Xəstəxanalara çağrışım odur ki, xəstələrinizi sığortalayın. Hər hansı ağırlaşma nəticəsində həm həkimi, həm də xəstəxananı məhkəmə çəkişmələrindən qoruyacaq, xidmətin keyfiyyətinin artmasına səbəb olacaqsınız.
Tibbi səhlənkarlıq hallarında prokurorluğa qaçmağa tələsməyin. iddialarınızı mülki qaydada məhkəmə müstəvisində aparın”.
Qeyd edək ki, “Əli və Nino” kitab evinin rəhbəri Nigar Köçərli “Liv Bona Dea” hospitalda ginekoloji əməliyyata girib, əməliyyatı kordioloji otağında həyata keçiriblər. Əməliyyatdan sonra tibbi heyət onunla kobud rəftar edib, həyat yoldaşına əməliyyat barədə heç bir məlumat verməyiblər. Dəhşətli ağrılar yaşayan N. Köçərli köməm istəsə də, klinika həkimləri ona laqeyid münasibət göstərib.
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Gəncə şəhərinin mərkəzində Gəncə Regional Vəkil Bürosunun yeni inzibati binasının açılış mərasimi olub
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
“Dünyagöz”ün baş həkiminin səhvinə görə gözüm kor olub” - 63 yaşlı kişi şikayətçidir
"Tibb bacısı qabı yaramın üstünə atdı" - Nigar Köçərlidən "Liv Bona Dea" haqqında şok ittihamlar
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
Heyvancasına davranış, unudulan şlaq, dözülməz ağrı... - Nigar Köçərlinin "Bona Dea"da başına gələnlər
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14