Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » ANS-in daha bir aparıcısı Mədət Quliyevə "eşq elan etdi"

ANS-in daha bir aparıcısı Mədət Quliyevə "eşq elan etdi"

ANS-in daha bir aparıcısı Mədət Quliyevə
2026-01-25 , 08:28

Azərbaycanın Milli Qəhrəmanı, general-polkovnik Mədət Quliyev ANS TV-nin keçmiş aparıcısı Zəhra Quliyeva ilə boşandıqdan sonra ANS TV-nin keçmiş əməkdaşları arasında generala qarşı "rəğbət dalğası" davam edir.


Yenilik.az Demokrat.az-a istinadla xəbər verir ki, bu dəfə ANS TV-nin tanınmış siması olmuş Tunay Əliyeva özünün Feysbuk hesabında Mədət Quliyevə qarşı şəxsi heyranlığını və zarafatla sevgisini ifadə edən paylaşım edib.

Generalın şəxsi həyatı ilə bağlı yayılan boşanma xəbərlərinə münasibətini bildirən Tunay Əliyeva Mədət Quliyevin xarizmasını xüsusi vurğulayıb:

"Əvvəl də dediyim sözümün üstündə dururam…Mədət müəllim, çox xarizmatik kişidir. Xəbər yayılıb ki, boşanıb, üzüldüm…Mən isə hələ də subayam".

Qeyd edək ki, general-polkovnik Mədət Quliyev daha əvvəl müdafiə sənayesi naziri vəzifəsində çalışıb. O, 2023-cü ildən Təhlükəsizlik Şurası katibinin müavini vəzifəsini icra edir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.