Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » “Uğurlu Dad” kolbasa sexində nöqsanlar aşkarlandı – FOTOLAR

“Uğurlu Dad” kolbasa sexində nöqsanlar aşkarlandı – FOTOLAR

“Uğurlu Dad” kolbasa sexində nöqsanlar aşkarlandı – FOTOLAR
2026-02-05 , 12:50

Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları Abşeron rayonu, Mehdiabad qəsəbəsi, A.Ələsgər küçəsi 4 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Cəfərquluyeva Gülü Ədalət qızına məxsus “Uğurlu Dad” əmtəə nişanlı kolbasa istehsalı müəssisəsində yoxlama keçirib.Agentlikdən Tribuna.az-a verilən məlumata görə, baxış zamanı istehsal müəssisəsinin qanunsuz fəaliyyət göstərdiyi aşkarlanıb. Həmçinin texniki normativ hüquqi aktların tələblərinin pozulduğu müəyyən edilib.
Faktla bağlı müəssisənin fəaliyyəti məhdudlaşdırılıb, rəhbəri  barəsində inzibati qərar qəbul edilərək cərimə tətbiq olunub.



Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.