“Məlhəm” hospitalı ilə yazar ailəsi arasında borc mübahisəsi böyüyür
Yazar Ulucay Akifin bacısı Gülənay Məmmədovanın Bakıda yerləşən “Məlhəm Beynəlxalq Hospital”da dünyaya gətirdiyi körpənin səhhətindəki problemlər kəskin olaraq qalır.
Yazarın verdiyi məlumata görə, uşaq artıq üç aydan çoxdur evə buraxılıb, lakin səhhəti ilə bağlı problemlər qalmaqdadır. Həkimlər müalicənin uzun illər davam edə biləcəyini bildirir, eyni zamanda körpənin tam sağlamlığına qovuşacağı ilə bağlı dəqiq proqnoz vermirlər.
Məsələ 2025-ci ilin oktyabrında baş verən doğuş hadisəsindən sonra ictimailəşmişdi. Gənc yazar, Ulucay Akif bacısı Gülənay Məmmədovanın Bakıda yerləşən “Məlhəm Beynəlxalq Hospital”da ilk övladını dünyaya gətirdiyini, lakin doğuş zamanı həkim səhlənkarlığı nəticəsində körpənin ağır vəziyyətdə doğulduğunu iddia etmişdi. Onun sözlərinə görə, körpənin beynində ciddi zədələnmə və sinir sistemi problemləri aşkarlanıb, aparılan müayinələrdən sonra həkimlər vəziyyətin son dərəcə ağır olduğunu bildiriblər. Ailə bununla bağlı prokurorluğa müraciət etdiklərini açıqlamışdı.
Ulucay Akif həmin vaxt hospital rəhbərliyini məsuliyyətdən yayınmaqda ittiham etmiş, hamiləlik dövründə mümkün risklər barədə ailəyə məlumat verilmədiyini bildirmişdi. Onun iddiasına görə, doğuşdan sonra problemin səbəbi kimi göbək ciyəsi ilə bağlı arqumentlər irəli sürülüb, lakin bu hallar daha əvvəl aparılan müayinələrdə məlum olub və ailə bu barədə rəsmi şəkildə xəbərdar edilməyib.
Hazırda isə tərəflər arasında mübahisə yeni mərhələyə keçib. Ulucay Akifin son açıqlamasına görə, körpənin müalicəsi ilə bağlı xəstəxana–ev–həkim arasında davamlı gediş-gəlişlər var, fizioterapiya, müayinələr və dərman xərcləri ailə üçün ciddi maliyyə yükü yaradıb. Bildirilir ki, bu müddət ərzində 25 min manatdan artıq vəsait xərclənib və xərclərin bir hissəsi bank krediti hesabına qarşılanıb.
Eyni zamanda, ailə ilə “Məlhəm Beynəlxalq Hospital” arasında hüquqi mübahisə yaranıb. Ulucay Akifin sözlərinə görə, hospital onları məhkəməyə verərək təxminən 14 min manat borcun ödənilməsini tələb edir. Ailə isə doğuş üçün ödənişin edildiyini təsdiqləyən qəbzlərin məhkəməyə təqdim olunduğunu, yalnız körpənin doğuşdan sonra hospitalda qaldığı müddət üçün ödəniş etmədiklərini bildirir. Bunun səbəbi kimi isə baş verənlərə görə məsuliyyəti həkim və hospitalın daşıdığını bildirir.
Şikayətçi tərəf həmçinin bildirir ki, məsələ ictimailəşdikdən sonra hospital rəhbərliyi və doğuşu həyata keçirən həkim Pərvin Xəlilova tərəfindən media və sosial şəbəkələrdə ödəniş tələb olunmayacağı ilə bağlı açıqlamalar verilib. Həmin açıqlamaların və videomaterialların məhkəməyə sübut kimi təqdim edildiyi qeyd olunur.
Ulucay Akif prokurorluğa və məhkəməyə təqdim edilən materiallarda doğuşdan sonra tibbi müdaxilələrin gecikməsi, pediatrın dərhal cəlb edilməməsi, kompüter tomoqrafiyasının bir neçə gün sonra aparılması və bəzi sənədlərin doğuşdan sonra imzaladılması kimi məqamların da yer aldığını bildirib. Onun sözlərinə görə, bu faktlar tibbi səhlənkarlıq iddiasını əsaslandırır.
“Burada uzunçuluq edib sizi də yormaq istəmirəm. Dediyim kimi, bütün faktlarımızı məhkəmə və prokurorluğa təqdim etmişik. Xəstəxana rəhbərliyinin bu qeyri-insani davranışını isə heç cür qəbullana bilmirəm. Yəni həkimlər, xəstəxanalar üçün insana münasibət budur? İnsan onlar üçün sadəcə ət parçasıdır? Sadəcə gəlir mənbəyidir? Sən həm kiminsə uşağını bu hala sal, ailəyə faciə yaşat, həm də bu heçnəymiş kimi bir də məhkəməyə verib əlavə pul almağa çalış? Puldan başqa dəyər yoxdu sizin üçün? Gecə başınızı yastığa necə rahat qoyub yatırsınız? Məni, həqiqətən də, çox təəccübləndirir, məyus edir belə şeylər. İnsana və insanlığa, həmçinin ölkəyə olan inamımı azaldır. Amma yenə də müvafiq hüquq orqanlarının bütün bu baş verənləri ədalətli qiymətləndirəcəyinə ümid edirəm və inanıram”- deyə Ulucay Akif bildirir.
Hazırda faktla bağlı prokurorluqda araşdırma aparıldığı, eyni zamanda mülki qaydada məhkəmə prosesinin davam etdiyi bildirilir. Hospital tərəfindən son iddialarla bağlı rəsmi açıqlama verilməyib.
Qaynarinfo
OXŞAR XƏBƏRLƏR

Arzu Əliyeva uşaqları belə sevindirdi – Fotolar
"Məlhəm" hospitalından İDDİALARA CAVAB: "Səhvimiz varsa, qanun qarşısında cavab verəcəyik"
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi
Leyla Əliyeva Omandadır – Fotolar
Bu restoranda qida məhsulları döşəmənin üzərində saxlanılırmış… – Fotolar
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi – Fotolar
Bu marketdə saxta araqlar satılırmış – FOTOLAR
“Elit tort ləvazimatları” körpələr üçün vaxtı keçmiş şokalad satır — FOTO
“Pərvin Xəlilova əməllərini pərdələyir” - Uşaq həkim səhvindən problemli doğulub?
İlham Əliyev Ağdərədə vətəndaşın evində oldu – FOTOLAR
“Məlhəm” Hospitalda körpə həkimin qurbanı olub?
“Bakcell”in innovasiya tərəfdaşlığı ilə “Media Savadlılığı” Konfransı baş tutub – FOTOLAR
Nəsimi rayonundakı yaşıllıqlar təhlükədə… “İcazəni kim verib bunlara?” – Memar
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14
Ayı Xocalıda evin həyətinə girdi - VİDEO 2026-07-16 , 09:12
Yaxşı ki, yatmamışdım - Evi yanan musiqiçi 2026-07-16 , 09:08
Aytən Səfərova:"Yazırlar ki, "nə boydadır?" - Video 2026-07-16 , 09:00
Sumqayıtda KÖRPÜDƏ TƏHLÜKƏLİ vəziyyət 2026-07-16 , 08:53
Məşhur psixoloqların əl yandıran qiymətləri – ARAŞDIRMA 2026-07-15 , 17:04
1 saatlıq nasazlıq xəstəxanada bu görüntünü yaratdı - Video 2026-07-15 , 16:51
Pulu versələr də, tez-tez qaranlıqda qalırlar - Abşeron sakinlərindən ŞİKAYƏT - VİDEO 2026-07-15 , 16:49
Hüseyndən Zaur Kamala: "Pulumu qaytar, 1500 manat..." 2026-07-15 , 16:43
İncəsənət Gimnaziyasında nə baş verir? - Rəsmi açıqlama 2026-07-15 , 16:16
Sumqayıtda qanunsuz söküntü iddiası 2026-07-15 , 16:14
Sumqayıtda 35 günlük körpə həkim səhlənkarlığının qurbanı olub?-TƏFƏRRÜAT 2026-07-15 , 16:13
Sumqayıtda piyada səkisini "stol-stul zəbt edib" 2026-07-15 , 16:11
Rəqsanə hovuz kənarında: “Qaşları həddən artıq dartılıb”, – dedilər - VİDEO 2026-07-15 , 16:09
Şirkətlər “AccessBank”dan pullarını geri çəkir 2026-07-15 , 16:05
"Kompleksim olsaydı, bu reklama çəkilməzdim" 2026-07-15 , 16:03
Tiktoker "Arzum"un həbsi ilə bağlı şok detallar 2026-07-15 , 01:31
Zaur Nəbioğluya vəzifə verildi 2026-07-15 , 01:17
Pünhan Piriyevin ölüm xəbəri yayıldı - VİDEO 2026-07-15 , 00:55