Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Əli Kərimli ilə bağlı qərar verildi

Əli Kərimli ilə bağlı qərar verildi

Əli Kərimli ilə bağlı qərar verildi
2026-02-16 , 17:40

Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) keçirdiyi əməliyyatla saxlanılan AXCP sədri Əli Kərimli və partiyanın Rəyasət Heyətinin üzvü Məmməd İbrahimin barəsində seçilmiş həbs qətimkan tədbirinin uzadılması ilə bağlı qərardan verilən apellyasiya şikayətləri üzrə məhkəmə prosesi keçirilib.

 
Bu gün Bakı Apellyasiya Məhkəməsində keçirilən prosesdə qərar qəbul edilib.
 
Qərara əsasən, apellyasiya şikayətləri təmin edilməyib.
 
Xatırladaq ki, ötən il Səbail Rayon Məhkəməsinin qərarı ilə Əli Kərimli və Məmməd İbrahim barəsində 2 ay 15 gün müddətinə həbs qətimkan tədbiri seçilib. Bu il 9 fevralda isə onların barəsində seçilmiş həbs qətimkan tədbiri daha 4 ay müddətinə uzadılıb.

Təqsirləndirilən hər iki şəxsə Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər) maddəsi ilə ittiham irəli sürülüb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.