Qubada sel məmur biznesini ifşa etdi – Balıqlar kimindir?- VİDEO
Qubada təbiət yenə öz “yoxlamasına” çıxıb. Bu dəfə auditor yox, prokuror yox, müfəttiş yox, sel gəlib. Aramsız yağan yağışlar dağ çaylarını coşdurub, çaylar məcrasından çıxıb, bəzi kəndlərdə evləri su basıb, yollar dağılıb, körpülər zədələnib.
Lakin bütün bu mənzərənin fonunda bir epizod var ki, sosial şəbəkələrdə və yerli müzakirələrdə xüsusi diqqət çəkir. Söhbət Qubada yüksək vəzifəli məmurlardan birinə məxsus olduğu deyilən balıq gölündən gedir. Məlumata görə, güclü sel nəticəsində gölün bəndi tab gətirməyib. Bir neçə saat ərzində bənd dağılıb və göldə saxlanılan tonlarla balıq sel suları ilə birlikdə ətrafa axıb. Beləcə, uzun illər hasarların, bəndlərin və mühafizənin nəzarətində saxlanılan balıqlar bir anda “azadlığa çıxıb”.
Su hara axıbsa, balıq da ora gedib - küçələrə, arxlara, bağlara…
Azərbaycan qanunvericiliyinə görə, dövlət məmurlarının sahibkarlıq fəaliyyəti ilə məşğul olması qadağandır. Kağız üzərində bu norma çox aydındır. Lakin ölkədə illərdir məmurların və onların yaxın çevrəsinin müxtəlif biznes sahələrində iştirakına dair məlumatlar mediada və ictimai müzakirələrdə vaxtaşırı gündəmə gəlir. Bu mövzu heç də yeni deyil. Məsələn, bir vaxtlar keçmiş nəqliyyat naziri Ziya Məmmədovun müxtəlif biznes strukturları və iri təsərrüfat layihələri ilə əlaqələndirildiyi barədə mediada geniş materiallar dərc olunmuşdu. Eyni şəkildə, sabiq baş nazir müavini Abbas Abbasovun da kənd təsərrüfatı sahəsində, xüsusilə toyuqçuluq biznesində böyük layihələrə sahib olduğu barədə məlumatlar uzun müddət müzakirə mövzusu olmuşdu. Bu faktlar hər dəfə eyni sualı doğurur - Azərbaycan məmuru yalnız dövlət idarəçiliyində çalışır, yoxsa paralel olaraq biznes imperiyası da qurur?
Qubada selin dağıtdığı balıq gölü ətrafında dolaşan söz-söhbətlər də məhz bu sualların fonunda maraqlı görünür. Yerli sakinlərin dediyinə görə, bənd dağılandan sonra tonlarla balıq sel suları ilə birlikdə ətrafa yayılıb. Bəzi yerlərdə insanlar torla, vedrə ilə balıq tutmağa başlayıblar. Bir neçə saat əvvəl mühafizə olunan təsərrüfat birdən-birə “xalq təsərrüfatına” çevrilib. Bu mənzərə sosial şəbəkələrdə ironik şərhlərə səbəb olub. Bəziləri yazır ki, bəzən ən sərt audit yoxlamasını dövlət qurumları yox, təbiət aparır. Bir sözlə, təbiət öz sözünü deyir. Qalanı isə… artıq insanların toruna düşən balıqların hekayəsidir.Musavat

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Abşeron RİH-dən TƏKZİB
İcra başçısı-qadın sahibkar qalmaqalı: mülk dağıdanların milyonluq mülkləri – Video
Prezident yeni icra başçılarını qəbul etdi - Fotolar
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezidentin Çin telekanalına müsahibəsinin - Tam mətni
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Ramiz Mehdiyev – nankorluq və xəyanət anatomiyası: onun planında kimlər olub?
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
Prezident bəzi qanunlara DƏYİŞİKLİK ETDİ
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14