Uşağınız telefondan gözünü ayırmır? - Bunları yoxlayın!
Uşaq inkişafı üzrə mütəxəssislər uşaqların ekran vaxtını necə nəzarətdə saxlamaq barədə məsləhətlər verirlər. Əgər valideynsinizsə, ABŞ məhkəməsinin “Meta” və “Google”la bağlı qərarı narahatlıqlarınızın haqlı olduğunu hiss etdirmiş ola bilər. Məhkəmə bu şirkətlərin qəsdən asılılıq yaradan sosial media platformaları hazırladığını və bunun gənc qadının zehni sağlamlığına zərər verdiyinə dair hökm çıxarıb. ABŞ-dəki məhkəmə işində Keyli adlı gənc qadının vəkilləri instaqram və yutubda sonsuz sürüşdürmə kimi xüsusiyyətlərin asılılıq yaratmaq üçün nəzərdə tutulduğunu iddia ediblər. Qərar sosial media şirkətləri üçün “dönüş nöqtəsi” kimi təsvir olunur. Lakin dünya miqyasında uşaqlarının ekran vaxtını azaltmağa çalışan valideynlər üçün bu qərar praktikada həmişə çox təsirli olmur.
1. Kiçikdən başlayın və real olun
Uşaqlarına artıq planşet və ya smartfon vermiş bir çox ailələr onlardan tamamilə qurtulmağın ən yaxşı seçim olduğunu düşünə bilərlər. Lakin uşaq psixoloqu dr. Ceyn Gilmur bunun ən yaxşı yanaşma olmaya biləcəyini deyir: “Bir vərdişi dəyişdirmək həmişə çətindir”.
Əvəzində, o, dəyişiklikləri ekran vaxtı müzakirəsinin qızışdığı vaxtda deyil, normal vaxtda etməyi təklif edir: “Sakit yanaşma ən yaxşı ünsiyyəti təmin edir”.
Ekran vaxtını azaltmağın ən yaxşı ilk addımı evdə cihazlar üçün müəyyən bir yer, məsələn, müəyyən bir şkaf təyin etmək ola bilər.
“Şarj cihazları üçün tək bir yer ayırın ki, telefonlar kənara qoyulduqda, onlar qoşulsun və məsələ bağlansın”, - Gilmur deyir.
2. Əməkdaşlıq edin
Uşaq psixoloqu dr. Merihan Beyker deyir ki, daha böyük yaşdakı uşaqlar və yeniyetmələr üçün əlavə qaydalar tətbiq etməkdənsə, onları ekran vaxtı ilə bağlı söhbətlərə cəlb etmək daha faydalı ola bilər.
O, həmçinin deyir ki, sosial mediada həmyaşıd təzyiqini etiraf etmək yeniyetmələrin diqqətini cəlb etməyə kömək edə bilər.
Məsələn, uşaqlara demək effektiv ola bilər: “Orada dostlarınızla ünsiyyət qurduğunuzu başa düşürəm. Bu platformada yoxmuşsan kimi görünməyin gətirəcəyi sosial təzyiqi başa düşürəm.
Beləliklə, gəlin gün ərzində daim telefonunuzda olmayacağınız bir məkan yaratmağa necə başlaya biləcəyimiz barədə danışaq”.
Valideynlik kouçu Olivia Edvards deyir ki, uşağınızla güclü bir bağ qurmaq ekran vaxtını tənzimləməyi asanlaşdıra bilər: “Uşağımızla güclü bir münasibətimiz olmalıdır, çünki bu, bizi əməkdaşlığa və komanda işinə aparacaq”.
Uşağınızın onlayn istehlak etdiyi məzmuna, həqiqətən, maraq göstərə də bilərsiniz.
3. Ekran vaxtını öyrənmə fürsətinə çevirin
Bir çox valideyn sosial mediada sürətlə dəyişən trendlərdən geridə qalmış hiss edir. Lakin ekran qarşısında vaxt keçirmək barədə açıq müzakirələr həm böyüklər, həm də uşaqlar üçün bir-birindən öyrənmək üçün imkanlar yarada bilər.
Edvards bu kimi nümunələr gətirir: “Siz belə bir şey deyə bilərsiniz: “Sizcə, sosial media necə işləyir? Sizcə, bu tətbiq insanların ekrana baxmasını təmin etmək üçün necə işləyir?”, “Bilirdinizmi ki, insanlar burada nə qədər çox vaxt keçirirlərsə, şirkətlər də bir o qədər çox pul qazanırlar?”
Gilmur həmçinin deyir ki, valideynlər uşaqlarına rəqəmsal savadlılığı praktik şəkildə öyrədə bilərlər: “Birlikdə məzmuna baxıb soruşa bilərsiniz: “Yaxşı, sizcə, bu doğrudurmu? Bunun doğru olub-olmadığını necə deyə bilərəm?”
4. Nümunə göstərin
Uşaqların valideynlərini təqlid etmələri heç kimə sirr deyil. Uşaqlarda yaxşı ekran vərdişlərini təşviq etmək bir az özünüdərklə başlaya bilər.
Merihan burada yumşaq bir yanaşma təklif edir: “Hətta uşaqlarımızla bir az özünütənqidi söhbət də edə bilərik. Məsələn, deyə bilərik ki, “Hamımız bunu edirik, mən də telefonumdan istifadə etməkdə o qədər də yaxşı deyiləm”.
Telefonlar və planşetlər hər yaş üçün daimi əyləncə mənbəyidir, lakin Gilmur deyir ki, həm böyüklər, həm də uşaqlar bir az darıxdırıcılığı qəbul etməkdən faydalanacaqlar və əlavə edir: “Ekranın qarşısında olmaq diqqətimizi xarici dünyaya yönəldir. İçəriyə dönmək, boşluğa, uzaqlara baxmaq keçmişi düşünməyə, gələcəyi təsəvvür etməyə və yaradıcılığı stimullaşdırmağa imkan verir. Beləliklə, uşaqlarınız “Ediləsi bir şey yoxdur” deyə şikayət edib sadəcə boşluğa baxırlarsa, bu problem deyil. Əslində, bu, müsbət bir şeydir”.

5. Təşvişə düşməyin
Valideynlik heç vaxt asan olmayıb, amma ekranların hər yerdə olduğu və hələ də onların bizə necə təsir etdiyini öyrəndiyimiz bir dövrdə uşaqları böyütmək narahatlıq yarada bilər.
Esseks Universitetinin rəqəmsal kommunikasiya üzrə mütəxəssisi tr. Toni Sempson deyir ki, valideynlər mənəvi təşviş tələsinə düşməməlidirlər.
“Narahat valideynlər təşvişə düşməyə meyillidirlər və bütün yeniyetmə beyinlərini sadəcə sosial media asılılığına meyilli kimi qeyd edirlər”, - o deyir.
Lakin uşaqlar və yeniyetmələr “neyroplastiklik” adlı bir xüsusiyyətə malikdirlər, yəni onların beyinləri yetkin beyinlərindən daha yaxşı uyğunlaşır və bərpa olunur.

“Diqqətin necə aşındığı haqqında çox oxuyuruq. Lakin sosial media diqqəti azaltmır və ya aşındırmır. Diqqəti cəlb edir və onu kommersiya məzmunu ilə qarşılıqlı əlaqəyə yönəldir.
Müsbət texnologiya istifadəsi yaradıcılıq, araşdırma və öyrənmə üçün neyroplastikliyi artırmağa kömək edə bilər”, - o bildirir.

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Əhməd İsmayılov MEDİA-nın 5 ildə gördüyü işlərdən danışdı... - MÜSAHİBƏ
Prezident bu məhkəmələrə hakimlər təyin etdi - Siyahı
Altay Göyüşovun təşkilatı nəyə görə Rusiyanın əlinə oynayır?
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14