Əsabil Qasımov zərərlə işləyən obyektə niyə 37 milyon dollar verib?
Uzun illər İmişlini təmsil edən keçmiş deputat Piterdəki “Nikolskiye Ryadı” niyə aldı-aldadıblar, yoxsa...
Rusiya mediası son iki gündə azərbaycanlı iş adamı, Milli Məclisin sabiq deputatı Əsabil Qasımova bağlı şirkətin Sankt-Peterburqdakı Sadovaya 62 ünvanında yerləşən tarixi “Nikolskiye Ryadı”(“Nikolski sıraları”) binalarını alması haqda yazır. Musavat.com fontanka.ru saytına istinadən xəbər verir ki, “Nikolskiye Ryadı” 1789-cu ildə tikilmiş kommersiya binasıdır.
Bildirilir ki, əvvəl “Nikolskiye Ryadı” ın yeganə səhmdarı “Imrikhold Limited” şirkəti bütün payını “Sanatorium İstoçnik” və “Expo” şirkətlərinə satıb. Maraqlıdır ki, bu alqı-satqı bir neçə ay əvvəl olub. “Nikolskiye Ryadı”azərbaycanlı iş adamına 2,85 milyard rubla (təxminən 37 milyon dollar) başa gəlib.
Sankt-Peterburqun mərkəzində yerləşən kompleksinin 37 milyon dollara satılması ilk baxışda adi kommersiya əməliyyatı kimi görünə bilər. Rusiya mediası yazır ki, lakin bu sövdələşmə əslində daha dərin iqtisadi məntiqə və uzunmüddətli strateji baxışa əsaslanır. Çünki burada söhbət sadəcə bir daşınmaz əmlakın alqı-satqısından deyil, böyüyən turizm bazarında mövqe tutmaq cəhdindən gedir.
“Bu şirkətlər azərbaycanlı sahibkarlar — Şamama və Taleh Qasımovla bağlıdır. Onların biznes portfelinə Rusiyanın məşhur kurort şəhərlərində yerləşən sanatoriyalar və Moskvada iri kommersiya obyektləri daxildir. Bu isə göstərir ki, alıcılar turizm və xidmət sektorunda təcrübəsiz oyunçular deyil. Asabil Qasımovun bu alışda əsas məqsədi qısamüddətli qazanc deyil. Bu, daha çox uzunmüddətli və konservativ investisiya kimi qiymətləndirilir. Turizm sektorunda təcrübəsi olan investor üçün belə aktivlər gələcəkdə sabit gəlir və kapital artımı vəd edir. Xüsusilə də bazarın böyümə trendində olduğu şəraitdə” deyə, xəbərlərdə bildirilir.
“Nikolskı sıralar”ın tarixi də diqqətəlayiqdir. Vaxtilə bazar kimi fəaliyyət göstərən bu bina 2010-cu ildə investorlar tərəfindən alındıqdan sonra yenidən qurulub və 2018-ci ildə müasir turizm və ictimai məkan kimi istifadəyə verilib. Burada beynəlxalq hotel şəbəkələri, restoranlar və açıq ictimai sahələr fəaliyyət göstərib. Lakin son illərdə geosiyasi dəyişikliklər və Qərb brendlərinin Rusiyanı tərk etməsi obyektin fəaliyyətinə mənfi təsir göstərib. Nəticədə hotellər rebrendinq edilib və əvvəlki gəlir səviyyəsi qorunmayıb.
Maliyyə göstəriciləri də bunu təsdiqləyir. 2025-ci ildə kompleksin gəliri 632,9 milyon rubl olsa da, xalis zərər 61,7 milyon rubl təşkil edib. Bu fakt təbii olaraq sual yaradır: zərər edən bir obyekt niyə milyardlarla vəsait hesabına alınır? Cavab isə konkret obyektin cari vəziyyətində deyil, bazarın ümumi dinamikasındadır. Sankt-Peterburq son illərdə turizm baxımından sürətlə inkişaf edir. 2025-ci ildə şəhərə 12,4 milyon turist gəlib və bu, əvvəlki illə müqayisədə əhəmiyyətli artım deməkdir. Otellərdə qiymətlər yüksəlir, doluluq səviyyəsi isə pik dövrlərdə maksimum həddə çatır. Ən vacib məqam isə odur ki, şəhərdə keyfiyyətli hotel otaqları tələbatı tam ödəyə bilmir. Bu isə bazarda ciddi potensialın olduğunu göstərir.
“Nikolskı sıralar”ın əsas üstünlüyü onun yerləşdiyi ərazidir. Şəhərin tarixi mərkəzində, Mariinski teatrına yaxın ərazidə yerləşən bu kompleks turizm baxımından son dərəcə cəlbedici zonadadır. Bu cür lokasiyaya malik obyektlər uzunmüddətli perspektivdə dəyərini demək olar ki, həmişə artırır.
Ekspertlər hesab edir ki, maliyyə hesabatlarında görünən zərər daha çox kredit öhdəlikləri və əvvəlki investisiya xərcləri ilə bağlıdır. Yəni obyektin əməliyyat fəaliyyəti düzgün idarə olunduğu halda, ən azı öz xərclərini qarşılamaq potensialına malikdir.
Nəticə etibarilə, “Nikolskı sıralar”ın alınması zahirən riskli görünsə də, əslində hesablanmış addımdır. Bu, bugünkü maliyyə nəticələrinə deyil, sabahın imkanlarına yönəlmiş investisiyadır. Burada əsas məsələ zaman faktorudur. Əgər bazar gözlənildiyi kimi inkişaf etməyə davam edərsə və obyekt düzgün idarə olunarsa, bu gün zərərli görünən aktiv gələcəkdə yüksək gəlir gətirən layihəyə çevrilə bilər.Sonda məlumat üçün deyək ki, Ə.Qasımov 1955-ci il noyabrın 8-də İmişli rayonunun Qaralar kəndində anadan olub. Ümumittifaq Yeyinti Sənayesi İnstitutunun Texnologiya fakültəsini bitirib. 1972-ci ildən İmişli çörək zavodunda texnoloq, 1977-ci ildən İmişli tədarük kontorunda tədarükçü, çörək zavodunda usta köməkçisi, baş mühəndis vəzifələrində çalışıb. 1995-ci ildə “Karat” holdinqini yaradıb. Onun iki oğlundan biri- 2019-cu ilin yanvarında İsveçrədə qış turizm mərkəzində xizək sürərkən bədbəxt hadisə nəticəsində dünyasını dəyişmişdi.
Musavat
OXŞAR XƏBƏRLƏR

Prezident bu şəxsləri əfv etdi - Siyahı
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
“Ares”in Azərbaycanın yaşıl enerjisinə marağı...
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Milyonlar qazanan keçmiş nazirin şirkəti vergi borclarını ödəmir - ARAŞDIRMA
Sabiq millət vəkilindən Ramiz Mehdiyevlə bağlı ŞOK SÖZLƏR
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14