Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Məmmədyarovdan Əsədovla bağlı məsələyə reaksiya: “Yazın, Elmar müəllim dedi ki, “no comment...””

Məmmədyarovdan Əsədovla bağlı məsələyə reaksiya: “Yazın, Elmar müəllim dedi ki, “no comment...””

Məmmədyarovdan Əsədovla bağlı məsələyə reaksiya: “Yazın, Elmar müəllim dedi ki, “no comment...””
2026-04-18 , 15:04

“Biznes imperiyası” ilə gündəmə gələn Baş nazir Əli Əsədov barədə müzakirələr davam edir. Yaxın zamanda vəzifəsindən azad ediləcəyi deyilən Ə.Əsədovun 2020-ci ildə keçmiş xarici işlər naziri Elmar Məmmədyarov barəsində məruzəsi yenidən müzakirə obyektinə çevrilib. Baş nazirin məruzəsindən sonra bu günə qədər Elmar Məmmədyarov “evdən işlədiyi” üçün vəzifəsinin öhdəsindən gələ bilməyən məmur kimi xatırlanırdısa, indi Baş nazir özü tənqid hədəfinə çevrilib.

 
Pravda.az bu barədə E.Məmmədyarovun fikirlərini öyrənməyə çalışıb.
 
Sabiq xarici işlər naziri Baş nazir barədə yazılanlarla bağlı suala gülərək belə cavab verib: ““Euronews”da yazırlar ki, “no comment”. Yazın, Elmar müəllimə sual verdik, “Euronews” kimi dedi ki, “no comment...””
 
Xatırlatma: Əli Əsədov 2019-cu ildən Baş nazir vəzifəsindədir.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.