Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » "7 nömrə"nin sürücüsü yola "protiv" girdi

"7 nömrə"nin sürücüsü yola "protiv" girdi

2026-04-19 , 14:17

Sumqayıtda ictimai nəqliyyatla bağlı narazılıqlar bitmir.

Sumqayit24.az-a daxil olan müraciətlərin böyük hissəsi 7 nömrəli marşrut xəttinin sürücülərinin davranışları ilə əlaqədardır. Redaksiyamıza təqdim edilən görüntülərdə həmin marşrut avtobusunun Üzeyir Hacıbəyov küçəsi ilə hərəkətdə olarkən əks istiqamətə daxil olduğu açıq şəkildə görünür. Bu isə həm sərnişinlərin, həm də digər yol hərəkəti iştirakçılarının həyatını ciddi təhlükə altına qoyur.

Sakinlər bildirirlər ki, belə hallar əsasən sürücülərin dayanacağa daha tez çataraq sərnişin götürmək istəyi ilə bağlıdır. Bu cür məsuliyyətsiz davranışlar son vaxtlar daha da artıb və nəzarətin gücləndirilməsinə ciddi ehtiyac var.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.