“Unibank” qırmızı xəttə yaxınlaşır
“Unibank”ın 2026-cı ilin birinci rübü üzrə maliyyə hesabatları bir müddət əvvəl ictimaiyyət üçün açıqlanıb.
İlk baxışdan bankın depozit portfelində dəyişiklik, demək olar ki, yoxdur, depozit portfeli sanki yerində sayır (1.377 mlrd manatdan 1.378 mlrd manata – cəmi 0.04% artım). Lakin detallara endikdə mənzərə dəyişir. Hesabat dövründə fiziki şəxslərin depozitləri 9.6 milyon manat artıb. Lakin bankın ümumi depozit portfelinin artmamasının səbəbi hüquqi şəxslərin (şirkətlərin) vəsaitlərinin 9 milyon manatdan çox azalmasıdır (288.8 milyondan 279.8 milyona). Bu, bankdan korporativ vəsaitlərin çıxışını və “Unibank”ın pərakəndə sektordan asılılığının daha da artdığını göstərir. Araşdırmalar göstərir ki, bankın gizlətməyə çalışdığı “depozit hərəkəti” əslində faiz xərclərinin artımında və korporativ müştərilərin azalmasında “oturub”.
Hesabatda ən diqqətçəkən məqam faiz xərcləridir. Ötən ilin müvafiq dövrü ilə müqayisədə müştəri depozitlərinə ödənilən faizlər 14.4 milyon manatdan 20.2 milyon manata (təxminən 40% artım) yüksəlib. Ümumi nəticə ondan ibarətdir ki, bankın depozit portfeli demək olar ki, artmayıb, amma bank bu vəsaitləri saxlamaq üçün 40% daha çox xərcləyir. Bu, bankın likvidliyi qorumaq üçün bazara daha baha faizlər təklif etməyə məcbur olduğunu sübut edir.
“Pul vəsaitlərinin hərəkəti” (Cash Flow) sənədinə baxdıqda, əməliyyat fəaliyyəti üzrə faiz ödənişlərinin kəskin artdığını görürük (19.5 milyondan 28.4 milyona). Bu o deməkdir ki, bankda nağd pul çıxışı (outflow) sürətlənib. Bank bu boşluğu doldurmaq üçün kredit təşkilatlarından daha çox borc almalı olub ki, bu bənd üzrə xərclər də 3.8 milyondan 5.8 milyona qalxıb.
Bankın mənfəəti (32.8 mln manat) yüksək görünsə də, bu mənfəətin əsas hissəsi ehtiyatların geri qaytarılmasından deyil, aqressiv istehlak kreditləşməsindən gəlir. Cəmi kredit portfelinin (1.37 mlrd. manat) təxminən 4.68%-i (64.3 milyon manat) vaxtı geçmiş kreditlərdir. Xüsusilə 24.3 milyon manatın artıq “ümidsiz” (loss) kateqoriyasında olması, bankın risk menecmentinin “qırmızı xətt”ə yaxınlaşdığını göstərir.
“Unibank” I rübdə aktivlərini 3% (2.19 mlrd. manata qədər) böyüdə bilsə də, bu böyümə depozitlərlə deyil, digər maliyyə institutlarından cəlb olunan vəsaitlərlə maliyyələşib. Fiziki şəxslərin banka etibarı davam etsə də, şirkətlərin vəsaitlərini çıxarması və depozitlərin saxlanma xərcinin 40% artması bankın gələcək marjasını təzyiq altında saxlayır.
“Unibank”ın 2026-cı ilın I rübü üzrə maliyyə hesabatına əsasən, bankın xidmət haqqı və komissiya gəlirləri 24% artaraq 29.5 milyon manata çatıb. Lakin əsas maliyyələşmə mənbəyi olan hüquqi şəxslərin depozitlərində 9 milyon manatlıq azalma müşahidə olunur. Bankın xalis mənfəəti 32.8 milyon manat təşkil edib.
OXŞAR XƏBƏRLƏR

Leyla Əliyeva “Qış nağılı”nın açılışında – Fotolar
Sayğaclar ayda bir dəfə yox, hər yükləmədə pul tutur — Razi Nurullayev araşdırma tələb etdi (FOTOLAR)
Azərbaycan və Gürcüstan Prezidentlərinin təkbətək görüşü oldu-FOTOLAR (YENİLƏNİB)
Arzu Əliyeva uşaqları belə sevindirdi – Fotolar
Leyla Əliyeva “Yüksələn işıq” sərgisində iştirak edib – FOTOLAR
Prezident Belqradda Strateji Tərəfdaşlıq Şurasının 1-ci iclasında – Fotolar, Video
İcbari Tibbi Sığorta Fondunda ciddi nöqsanlar AŞKARLANDI
“Xankəndi-1” elektrik yarımstansiyası istismara verildi
Leyla Əliyeva Omandadır – Fotolar
Prezident İranın müdafiə nazirini qəbul etdi – FOTOLAR
İlham Əliyev və Vuçiç mətbuata bəyanatla çıxış etdilər – Fotolar, Video
Bu restoranda qida məhsulları döşəmənin üzərində saxlanılırmış… – Fotolar
Leyla Əliyeva şəhid ailəsini ziyarət etdi – Fotolar
“Bank Respublika”ya inam azalıb – 135 milyondan çox depozit geri çəkilib
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14