Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Onkologiya Mərkəzində partlayış törədən şəxs qazi olub?

Onkologiya Mərkəzində partlayış törədən şəxs qazi olub?

Onkologiya Mərkəzində partlayış törədən şəxs qazi olub?
2026-05-01 , 14:43

Milli Onkologiya Mərkəzində partlayış törədən şəxsin müharibə iştirakçısı olması ilə bağlı yayılan xəbərlər yalandır.


Bakupost.az xəbər verir ki, bu barədə hərbi ekspert Ədalət Verdiyev məlumat yayıb.

Ekspert araşdırma nəticəsində müəyyən edib ki, Mübariz Əliyev nə müharibə iştirakçısı, nə də müharibə əlilidir: “1988-ci il təvəllüdlü Mübariz Sahib oğlu Əliyevin ictimaiyyətə müharibə qazisi kimi təqdim olunduğunu gördüm. Kiçik bir araşdırma apardım. Məlum oldu ki, işğaldan azad edilən rayonların birində anadan olan Mübariz Əliyev 2006-2007-ci illərdə müddətli hərbi xidmətdə olub. Səfərbərlik zamanı isə orduya çağırılmayıb. Mübariz nə müharibə iştirakçısı, nə də müharibə əlilidir” - Ə.Verdiyev yazıb.

Qeyd edək ki, onkoloji xəstə kimi qeydiyyatda olan Mübariz Əliyev partlayış zamanı ölüb, Onkologiya Mərkəzinin həkimi Asif Nəsirov isə ağır xəsarət alıb.

Faktla bağlı cinayət işi başlanılıb.

Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.