Yenilik.Az
www.Yenilik.Az » Cəmiyyət » Xanlar Vəliyevin qardaşı vəzifədən azad olundu - FOTO

Xanlar Vəliyevin qardaşı vəzifədən azad olundu - FOTO

Xanlar Vəliyevin qardaşı vəzifədən azad olundu - FOTO
2026-05-08 , 15:01

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə (AAYDA) məxsus “19 №-li Yol İstismarı” MMC-nin direktoru Şahlar Vəliyev vəzifəsindən azad olunub.


NOCOMMENT.az xəbər verir ki, bununla bağlı AAYDA-nın İdarə Heyətinin sədri Vüsal Nəsirli Əmr imzalayıb.
Məlumata görə, “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik İntiqam Həsənova həvalə olunub.

Ş.Vəliyev İqtisadiyyat.az-a açıqlamasında təqaüd yaşına çatdığına görə vəzifəsindən azad edildiyini bildirib.
Xatırladaq ki, Şahlar Rüstəm oğlu Vəliyev 1958-ci ildə Yevlax şəhərində anadan olub. O, 2018-ci ilin mart ayından “19 №-li Yol İstismarı” MMC-yə rəhbərlik edirdi, daha əvvəl 2011-2018-ci illərdə isə Yevlax Telekommunikasiya İdarəsinin rəisi vəzifəsində çalışıb.

Qeyd edək ki, Ş.Vəliyev Azərbaycanın sabiq hərbi prokuroru, ədliyyə general-leytenantı, Konstitusiya Məhkəməsinin hakimi Xanlar Vəliyevin qardaşıdır. /iqtisadiyyat.az


Redaksiya ilə əlaqə: (+994) 50 295 94 79 | [email protected]
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ

Materiallardan istifadə edərkən sayta mütləq istinad olunmalıdır. Bütün hüquqlar qorunur.