“Ayıb olardı...” – 80 yaşlı şairin içindəki uşaq oyandı - VİDEO
“Yaşımın böyründəki 0-ı atdım, özümü 8 yaşında kimi hiss etdim. Doyunca yelləncəkdə yelləndim”.
Yazıçı, şair, dramaturq Seyran Səxavət Pravda.az-a doğulduğu Füzuli rayonunda uşaqlaşmağının sevincindən danışıb.
Doğma yurdundan ayrılmaq istəmədiyini deyən şair Yağlıvənd kəndində toy kimi baş tutan görüşdən də bəhs etdi: “May ayının 10-da Füzuli rayonuna getmişdim, 3 gün qaldım. Doğulduğum Füzuli rayonunun Yağlıvənd kəndində toy kimi bir görüşümüz baş tutdu. Kəndimizin sakinlərinin böyük əksəriyyəti gəlmişdi. Köndələn gölünün ətrafında çadır qurduq. Yemək-içmək, çalmaq-oynamaq - hamısı vardı”.
Şair öz elində keçirdiyi hissləri sözə belə çevirdi: “Bizim kənd hələ ki, abadlaşdırılmayıb. Amma Füzuli şəhəri çox gözəlləşib. Səhər saat 07:30-da şəhərin gözəl parkında gəzməyə çıxmışdım. Uşaqlar üçün yelləncəkləri görəndə çevrilib oldum uşaq. Hələ tezdən idi. Ətrafda da heç kim yox idi. Yoxsa, camaatın içində ayıb olardı. Düz başa düşməzlər... Gördüm heç kim yoxdu, yaşımın yanındakı 0-ı atdım, 8 yaşındakı uşaq kimi yelləncəkdə doyunca yelləndim. Elə bildim ki, təkcə Qarabağ yox, bütün dünya mənimdir. Səbəbim də vardı uşaqlaşmağa. Doğulduğun torpağa 35 ildən sonra böyük kimi getmək çətin olur. Uşaq kimi gəzmək daha sərfəlidir. Axı, uşaqların heç nə vecinə olmur”.
Səmimiyyəti ilə seçilən şairimiz “uşaqlaşdığı” vaxtın necə fotoya çevrildiyini də açıqlayıb: “Mən öz aləmimdə yellənirdim. Birdən yerli sakinlərdən biri peyda oldu. Qənbər adlı kişi. O da məni videoya çəkdi”.
Şair onu da vurğulayıb ki, füzulililər onu çox mehribanlıqla qarşılayıblar: “Qarşıma çıxanlar hamısı o üzümdən, bu üzümdən öpürdülər. Fərqi yox idi, qadındır, ya kişi... İnsanların səmimiyyəti, təbiətin gözəlliyi məni o qədər valeh etmişdi ki, heç dönmək istəmirdim. Amma nə edək, qayıtmalı idik, qayıtdıq”.
Seyran müəllim Füzuliyə gedib orada yaşamaq istədiyini də deyir: “Niyə getmək istəmirəm? Bu dəqiqə gedərəm. Amma bir az gözləyirəm. Hələ normal olmayan şəraitdə yaşayan insanlarımız köçsün, yerləşsin. Ondan sonra yuxarılardan xahiş edəcəyəm ki, mənə bir otaqlı bir ev versinlər. Arvadı da vuracam qoltuğuma, gedəcəyəm”.
“Bir otaq bəs edər?”- soruşuram.
Cavab şair dilində olur: “Mənim bu dünyanın özündə yox, sözündə gözüm var. Bircə otaq bəsimdir. Zəngin ailədə böyümüşəm. Özüm də yaxşı həyat yaşamışam. Heç nədə gözüm yoxdur”.
Yeri gəlmişkən, Seyran müəllim Füzulidən qayıtdıqdan sonra hələ də özünü 8 yaşındakı kimi hiss etdiyini deyir: “Hələ orada hiss etdiyim uşaqlıq ab-havası başımdan çıxmayıb. Ona görə yazı da yazmıram. 8 yaşında uşaq nə yazar? Qoy böyüyüm, sonra yazaram”...
OXŞAR XƏBƏRLƏR

Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
Prezident bu şəxsləri əfv etdi - Siyahı
Qurbanlıq heyvanların satışı və kəsimi bu ünvanlarda təşkil ediləcək - SİYAHI
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Prezidentin Zəngilan sakinləri ilə görüşündən - Fotolar+Yenilənib
“İlhamə Quliyevanın evindən məni həmin müğənni xilas etdi” — 10 ildən sonra açılan ŞOK FAKT — ÖZƏL MÜSAHİBƏ
Xalq artistinin oğlu: “Həkim səhlənkarlığı ucbatından atamı itirdim”
Səyyad Aran: "5000 manat maaş alıram, necə qənaət edim?"
Prezident Kəngərli sakinləri ilə görüşdü – Fotolar
Ağadadaş Ağayev Qurban Qurbanovdan inciyib: Onun toyunu mən aparmışam, amma...
Ölən hərbçimizlə bağlı yayılan paraşüt görüntüləri yalandır - Foto 2026-07-18 , 20:13
Vasif Məhərrəmli:"Hər iki halda sən axmaq adamsan" -- VİDEO 2026-07-18 , 17:29
"Qızlarınıza cehiz verməyin" - Video 2026-07-18 , 17:24
İran ABŞ aviabazasını vurdu: qırıcılar məhv edildi 2026-07-18 , 17:20
Türkanın müzakirə yaradan paylaşımı: "Qal yana-yana" - VİDEO 2026-07-18 , 17:15
Kadırov NATO-ya müharibə elan etdi 2026-07-18 , 17:10
"Ərinizin subay dostlarını evinizə buraxmayın" - Seda Sayan 2026-07-18 , 17:10
“MediHall Hospital”ın direktoru 25 min manat cərimələndi – Səbəb nədir? 2026-07-18 , 17:08
Ruhəngiz Allahverdiyeva: “Ondan yaxşı arvad olmaz” - VİDEO 2026-07-18 , 17:07
Nəfəs “Ağa”nı kimdən oğurlayıb? - 2 iranlı müəllifin adı hallanır 2026-07-18 , 17:01
Mətanət İsgəndərli plastik əməliyyat etdirdi 2026-07-18 , 16:56
Səməd Vurğun oğlunun rus bölməsində oxumasına niyə razı olmadı? 2026-07-18 , 16:53
Trampı öldürənə bu qədər pul verəcəklər: qisas planı hazırlandı 2026-07-18 , 16:52
Leyla Əliyeva Budapeştdə “Azərbaycan xalçaları – ənənədən müasir incəsənətə” sərgisinin təqdimatında - FOTO 2026-07-18 , 16:50
"O qadın boşanır ki, tüfeyli heyatını rahat yaşasın" - VİDEO 2026-07-18 , 16:48
Lalənin çimərlik geyimində görüntüləri müzakirə səbəb oldu - VİDEO 2026-07-18 , 16:00
İranın hücumları: Küveytdə bütün uçuşlar dayandırıldı 2026-07-18 , 15:57
“Yenə çirkinsiniz” deyən izləyiciyə Sevil-Sevinc bacılarından cavab 2026-07-17 , 15:44
Nazilə Səfərli mərasim evlərini HƏDƏF ALDI 2026-07-17 , 15:39
Məktəblərdə sistem dəyişir: Repetitorluğa son qoyulur? 2026-07-17 , 15:37
"AZAL qəzası ilə bağlı bütün məsələlər həll edilib" 2026-07-17 , 15:36
Vüsalə "İncə səhər"dən getdi - VİDEO 2026-07-17 , 15:31
"Arıqlama dərmanları orqanizmdə qurd əmələ gətirir" 2026-07-17 , 15:27
İradə İsak estetik əməliyyatlarla bağlı müzakirələrə qoşuldu: "Bu qadınlara yox, kişilərə görə işləyir" 2026-07-17 , 15:19
Tanınmış müğənninin anası faciəvi şəkildə vəfat etdi 2026-07-17 , 15:17
Prezident İlham Əliyev İrlandiyanın Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib - FOTO 2026-07-17 , 15:12
Baş nazir Samir Şərifovu sədr TƏYİN ETDİ 2026-07-17 , 15:00
Görmə məhdudiyyətli namizəd MİQ-də 90 bal TOPLADI 2026-07-17 , 14:27
Mehriban Əliyeva jurnalistə dəstək oldu 2026-07-17 , 14:25
İlham Əliyev bu ölkə səfirlərini qəbul etdi 2026-07-17 , 13:49
Nəriman Həsənzadənin vəziyyəti ağırdır 2026-07-17 , 13:44
“Qayınatam mənə əl atır”– 6 aydır itkin düşən Söygülünün SON SÖZLƏRİ 2026-07-17 , 13:43
Bayramovla Lavrovun görüşü başladı - FOTO 2026-07-17 , 13:40
Zaur Baxşəliyev efirə qayıdır? - VİDEO 2026-07-17 , 13:39
Şuşadan dünyaya verilən mesajlar: Prezident İlham Əliyevin IV Qlobal Media Forumunda müəyyənləşdirdiyi yeni siyasi gündəm 2026-07-16 , 22:23
Milli Qəhrəmanın diplomat kürəkəni vəzifəsindən ayrıldı 2026-07-16 , 09:24
Evlərdən şirniyyat oğurlayan ayının axtarışlarına başlanıldı
"Səhifəmi açan kimi yazırsınız, mən nazirəm, kiməm?" — Naibə 2026-07-16 , 09:19
Villasını 8 milyona satırdı 100 dollara aldılar 2026-07-16 , 09:18
Minlərlə sürücünü üzəcək qərar - “Nissan” istehsalı dayandırır 2026-07-16 , 09:17
Lənkəranın icra başçısı özünə qadın müavin təyin etdi - FOTO 2026-07-16 , 09:14