İlahiyyatçı: “Zəruri durumlarda haram icazəli hesab edilir”
Son günlər sosial şəbəkələrdə tərkibində alkoqol olduğu üçün bəzi dərmanların, xüsusilə də D vitamininin istifadəsinin dini cəhətdən uyğun olub-olmaması ilə bağlı müzakirələr aparılır. Bu fikirlərlə razılaşanlarla yanaşı, sərt tənqid edənlər də var. Bu isə tərkibində alkoqol olan dərman və vitaminlərin istifadəsinin dini baxımdan necə qiymətləndirildiyi sualını gündəmə gətirib.
İlahiyyatçı Əkrəm Həsənov Pravda.az-a açıqlamasında bildirib ki, hər bir mövzuda əvvəlcə ən böyük mənbə hesab edilən “Quran”a istinad etmək gərəklidir.

Onun sözlərinə görə, daha sonra bunun Peyğəmbərin həyatında necə tətbiq olunması və alimlərin bu barədə hansı nəticəyə gəlməsinə baxılmalıdır: ““Qurani-Kərim”də uca Allah buyurur ki, Allah sizin üçün çətinlik istəməz, asanlıq istər. Bu məna “Qurani Kərim”də, xüsusilə “Bəqərə” surəsi 185-ci ayədə açıq şəkildə ifadə olunur. Başqa bir ayədə isə buyrulur ki, özünüzü öz əlinizlə təhlükəyə atmayın. Bu isə göstərir ki, insan əvvəlcə öz sağlamlığını qoruyaraq dini vəzifəni yerinə yetirir. İslam hüququnda çox mühüm bir prinsip də var ki, zərurət haramı mübah edir. Yəni, zəruri durumlarda haramlar icazəli hesab edilir. Böyük alimlər heyəti bu qaydanı geniş şəkildə izah ediblər. Müalicə axtarmaq dini baxımdan təşviq olunur”.
İlahiyyaytçı qeyd edib ki, spirt məsələsində incə bir fərq var: “Fiqh elmində içki kimi istifadə olunan spirt ilə dərman tərkibində olan spirt eyni kateqoriyada qiymətləndirilmir. Müasir fiqh akademiyaları və tibb alimləri bunu ayrıca müzakirə ediblər. Bir çox beynəlxalq qurumlar, o cümlədən İslam Fiqh Akademiyası belə nəticəyə gəlib ki, spirt dərmanın tərkibində kimyəvi həlledici kimi istifadə olunursa və onun məqsədi sərxoşluq deyil, müalicədirsə, bu icazəlidir, xüsusilə alternativ yol yoxdursa, istifadəsi zəruri olur. Tərkibində spirt olan dərmanların istifadəsi ilə bağlı yanaşma, müasir tibbi reallıqla da üst-üstə düşür. Farmakologiyada bir çox maddələr spirt vasitəsilə həll olunur və bu, dərmanın effektivliyini artırır. Bu spirt miqdarı adətən çox az olur və insan orqanizmində sərxoşluq yaratmır. Bu baxımdan onu içki ilə eyniləşdirmək elmi baxımdan da düzgün deyil. “D” vitamini məsələsinə ayrıca toxunmaq lazımdır. Müasir tibb göstərir ki, “D” vitamini immun sistemi, sümük sağlamlığı və hormonal balans üçün həyati əhəmiyyət daşıyır. Xüsusilə günəş işığının az olduğu və ya həyat tərzinin qapalı olduğu mühitlərdə “D” vitamini çatışmazlığı ciddi problemlərə səbəb olur. Ona görə bu vitamini qəbul etməmək bəzən sağlamlıq üçün risk yarada bilər. Bəzi ölkələrdə, o cümlədən Səudiyyə Ərəbistanında tətbiq edilən məhdudiyyətlər daha çox sosial səbəblərlə bağlıdır, yəni sui-istifadə hallarının qarşısını almaq məqsədi daşıyır. Bu isə ümumi dini hökm deyil, inzibati və preventiv tədbirdir. Yəni, bu qərarı bütün müsəlmanlara aid universal şəri hökm kimi qəbul etmək düzgün deyil”.
Ə.Həsənov onu da əlavə edib ki, “Quran”da donuz haram buyurulsa da, eyni ayədə zərurət halında onun istifadəsinə icazə verilir: “Bu yanaşmanı bir çox klassik alimlər qəbul edib. Müasir tibdə isə bəzi dərmanlar və vaksinlərdə belə komponentlərdən istifadə olunur və alternativ olmadıqda onların istifadəsi icazəli sayılır. 2005-ci ildə İslam Tibb Konfransında iştirak edəndə bu mövzular ayrıca işləndi və böyük alimlər heyəti zəruri durumlarda bu cür haram hesab edilən maddələrdən tibbdə istifadənin icazəli olduğunu bildirdilər və buna heç bir alim etiraz etmədi. Dərman müalicə məqsədi daşıyırsa, tərkibindəki spirt sərxoşluq yaratmırsa və alternativi yoxdursa və ya daha zəifdirsə, onun istifadəsi günah sayılmır. Əksinə, sağlamlığı qorumaq dini baxımdan məsuliyyətdir. Din insanı çətinliyə salmaq üçün deyil, onu qorumaq üçün nazil olub. Bu məsələdə ən sağlam yanaşma ifrat və təfritdən uzaq olmaqdır. Nə hər şeyi haram elan etmək doğrudur, nə də sərhədsiz yanaşmaq. Ölçü budur: məqsəd nədir, təsir nədir və alternativ varmı? Bu üç sual cavabını tapanda məsələ də aydınlaşır”.
OXŞAR XƏBƏRLƏR

“Nutella”nın içinə böcək qatırlar — VİDEO – Hansı böcəklər haramdır?
İlham Əliyev müşavirə keçirdi
Rauf Arifoğlu: “Əli Kərimli dedi ki, məni Ramil Usubov və Ramiz Mehdiyevlə görüşdür” - MÜSAHİBƏ
İlham Əliyev Davosda “Azərbaycan rəhbərliyi ilə səhər yeməyi” adlı tədbirdə iştirak edib - FOTO
Misir Mərdanovdan Həsən Həsənovla bağlı sensasion yazı: “Ramiz Mehdiyev dedi ki…”
Rəqəmsal inkişaf və uşaqların sosial şəbəkələrdə qorunması arasında balans: Azərbaycan üçün yeni çağırışlar - TƏHLİL
Səhiyyə sistemində islahatların yeni mərhələsi: Güclü idarəçilik, keyfiyyətli xidmət, vətəndaş məmnunluğu
Azərbaycanda satılan quru meyvələrə qatılan zəhərlər: PARLAQLIQ sizi aldatmasın
Boşanma xəbərindən sonra belə görüntüləndi - Video 2026-07-23 , 16:02
Ramiz Mehdiyevin ailəsinin maliyyə şirkəti yenidən diqqət mərkəzində - Vergi borcu... 2026-07-23 , 15:59
“Akkord”un binasında FACİƏ 2026-07-23 , 15:58
Ermənistan Prezidenti xəstəxanalıq olub 2026-07-23 , 14:43
Bakıda sürücü autizmli uşağı avtobusa qoymadı - VİDEO 2026-07-23 , 14:22
Dövlət başçısı məcburi köçkünlərlə bağlı qanuna dəyişikliyi təsdiqlədi 2026-07-23 , 14:20
Hamı ondan danışır: Arzumu həbsdən buraxan hakim kimdir? - DOSYE 2026-07-23 , 14:07
Elmar Vəliyevə məxsus Ticarət Mərkəzi satışa çıxarıldı: ŞOK QİYMƏT 2026-07-23 , 11:17
Əməkdar artist Həcc ziyarətində yaşadıqlarını danışıb kövrəldi - VİDEO 2026-07-23 , 11:15
Saleh Məmmədov Almaniyada 23 hektar torpaq alıb? – ŞOK FOTO YAYILDI 2026-07-23 , 09:02
Nigar Fərhadı hansı cəza gözləyir? – AÇIQLAMA 2026-07-23 , 09:01
Meyiti zirzəmiyə atıldığı iddia edilən körpənin atası - Yazışmaları göstərdi+Video 2026-07-23 , 08:46
“İran razılaşma istəyir, amma hələ buna hazır deyil” 2026-07-23 , 08:43
Sumqayıtda tez-tez işıqsız qalan sakinlər ÇƏTİN DURUMDA 2026-07-23 , 08:39
Sumqayıtda işıqforlar "kor oldu"? 2026-07-23 , 08:35
"Özümə yaxşı söz yazıb, başqa səhifədə məni söyür" - VİDEO 2026-07-22 , 19:28
“Gözəl oynayıram, heyranlıqla baxırlar” - Günel 2026-07-22 , 19:27
Almaniya kansleri Paşinyana çağırış etdi 2026-07-22 , 19:12
Azərbaycanlıların rus qadınlarla evlənməsi çətinləşdi - Yeni QAYDA 2026-07-22 , 19:11
“Lazeroloq üzümü yandırıb...” - Foto 2026-07-22 , 19:10
“Bibi Heybət”in imamının diplomu tanınmadı 2026-07-22 , 19:09
Amalın bacısı və xanımı barışığa razılıq versə də, anası etiraz edir 2026-07-22 , 19:02
Elnarə Abdullayeva qardaşının ölümündən danışdı: “63 yaş nədir ki…” 2026-07-22 , 15:20
Bakcell “Asan Könüllüləri”nin 2-ci yay festivalının tərəfdaşı olub - FOTO 2026-07-22 , 15:16
“Euronews” Prezident İlham Əliyevin Almaniya səfərini geniş işıqlandırıb 2026-07-22 , 15:13
Prezidentdən Rauf Arifoğlu ilə bağlı - Sərəncam 2026-07-22 , 15:10
"Qadın paltarı geyinmişəm, geyinəcəyəm də" 2026-07-22 , 15:09
Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir - Hikmət Hacıyev 2026-07-22 , 15:08
İlham Əliyev müəllimlərin geyimi ilə bağlı dəyişikliyi - Təsdiqlədi 2026-07-22 , 15:06
“Arzum999” məhkəmədən belə çıxdı – ilk görüntülər - VİDEO 2026-07-22 , 15:02
Ev dustaqlığına buraxılan Arzuma bu qadağa qoyuldu - Vəkilindən açıqlama 2026-07-22 , 14:58
“Arzum”un qərardan sonra halı pisləşdi, ürəyi getdi 2026-07-22 , 14:57
"Arzum" bu şərtlərlə azadlığa çıxdı 2026-07-22 , 13:40
Azərbaycanda Milli Mətbuat Günüdür 2026-07-22 , 11:30
“Dost Almaniya xalqına...” - İlham Əliyevin xatirə kitabına yazdıqları 2026-07-22 , 04:30
"30 il əvvəl hazırladığım geyimi indi CeyLo geyinir" 2026-07-21 , 23:52
“Porsche” sürən kirayədə qalır? İnanan daşa dönsün!” – deyib Vüsaləni əsəbiləşdirdilər 2026-07-21 , 23:50
Tramp rəsmən elan etdi -“Yeni nüvə obyektinə zərbə endirəcəyik” 2026-07-21 , 23:49
Ülviyyə Xəlilbəyli əri Muradla ayrılıq səbəbini ilk dəfə açıqladı 2026-07-21 , 23:48
Elza Seyidcahan:"Avropada müğənnilər məni təkrarlayırlar" - VİDEO 2026-07-21 , 23:47
Ölü doğulan uşağın zirzəmiyə atılması iddiası ilə bağlı klinikadan açıqlama 2026-07-21 , 23:41
AZZA-nın tortundan görün NƏ ÇIXDI - VİDEO 2026-07-21 , 23:41
Əliyevin Almaniya səfərinə Rusiyadan ağlasığmaz reaksiya 2026-07-21 , 23:40
Minanın yeni imicinə ağız büzdülər: “Bu nə geyimdir belə?!” - VİDEO 2026-07-21 , 23:38
Prezidentin Almaniya səfərindən - Görüntülər 2026-07-21 , 23:35
Prezident Berlinə getməzdən əvvəl DSX-dən məlumat alıb - “Gizli görüş”lə bağlı 2026-07-21 , 23:33
“Biz artıq buna nail olmuşuq” - Yenilənib 2026-07-21 , 23:29